(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Yaqublu hakimləri yox, “Səbail” rəhbərliyini söydü!

Yaqublu hakimləri yox, “Səbail” rəhbərliyini söydü!

Adı protokolda olmayan birinin hansısa oyuna görə cəzalanması absurddu. Hətta hakimi söyübsə, valideyn, ailə ilə bağlı pis ifadələri dilinə gətiribsə də...

Çünki ona qalsa, bəlkə də bütün azarkeşlər eyni cəzaya məruz qalmalıdı – bütün oyun boyu söyürlər. Lakin nə pul cəzası var, nə diskvalifikasiya. Futbolçu da oyunda deyilsə, adı protokolda yoxdusa, adi azarkeşdən fərqlənməməlidi. Hətta qaydalarda əksini tapıbsa da, doğru deyil.

AFFA İntizam Komitəsi dünən keçirilən iclasında “Səbail”in kapitanı Elton Yaqublunu cəzalandırdı. Premyer Liqanın 12-ci turunun “Səbail” - “Neftçi” matçı başa çatdıqdan sonra bu müdafiəçi hakimi təhqir edib. Elə bu səbəbdən ona 4 oyun cəza, kluba 3200 manat cərimə kəsilib.

Təfərrüatı bilmirik, amma tribunadan söyübsə, onu azarkeşdən fərqləndirmək olmaz, paltardəyişmə otağının qarşısında, koridorda, meydança kənarında bunu edibsə, qərar haqlıdı. Lakin bu halda Eltonu “səhnə”yə buraxanlar, cavabdeh şəxslər də cərimələnməlidi. Yaqublunun orada nə işi vardı ki, ağzını da aça bilsin.

AFFA hakimləri qoruya bilmir, belə cəzalar isə heç kimin ailəsinin təhqir olunmasının bəraəti ola bilməz. Ümumiyyətlə, Elton tərbiyəsində olanları azı bir illik cəzalandırmaq lazımdı ki, həm özü ağıllansın, həm də başqalarına görk olsun. Bu futbolçu onsuz da zədəlidi, mövsüm başlayanı komandadan havayı maaş alır, bu 4 oyunla heç nə dəyişməyəcək, baş aldatmaq lazım deyil.

Cəriməni kimin ödəyəcəyi maraqlıdı. Cərimə kluba kəsilib, lakin “Səbail” rəhbərliyi bu məbləği onun maaşından tutmalı, üstəlik, futbolçunu daha böyük miqdarda cərimələməlidi. Komandaya kömək etməyən birinin, üstəlik, həm də kluba ziyan vurması hansı məntiqə sığır?

Bəli, hakimlər səhv etdi, “Səbail”in qapısına təyin edilən penalti ədalətli deyildi. “Neftçi”nin də bu cərimə zərbəsinə ehtiyacı yox idi, rəqibindən üstün idi, hesabı da açmışdı. Lakin hakimləri cəzalandırmaq üçün müvafiq qurumlar var, bu, hansısa futbolçunun boynunun borcu deyil.

Eltonunsa öz qanunları var, harınlığın son həddindədi. O, klubun idarəçisi Tamerlan Abdullayevin dostu olmasından istifadə edir, qulağının çəkilməyəcəyini bildiyindən əzələ, daha doğrusu, dil bacarığını nümayiş etdirir. Görəsən, klubun əsl sahibinin kim olduğunu və bu hərəkəti ilə həm də onun nüfuzuna zərbə vurduğunu bizmi yadına salmalıyıq? Yaqublu hakimləri deyil, elə öz klubunun rəhbərliyini söydü...

Dəstə, qruplaşma başçısı olduğu, futbolçuları idarə etdiyi məlumdu. Amma Yaqublu əvvəl futbol oynamağı öyrənsin, dostunun daydaylığı hesabına əldə etdiyi kapitanlıq sarğısının haqqını ödəsin, sonrasına baxarıq. Görəsən, o, söydüyü insanın yerinə özünə qoymağı bacararmı? Özünün hər səhvinə görə azarkeşlərin valideyn söyüşü canına yağ kimi yayılırmı? Qəbul edirsə, söyməyə davam etsin...

FƏRİD


 
tarix: 28-11-2018 09:00


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az