(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
UEFA-dan “Qarabağ”ın rəqibləri ilə bağlı gözlənilməz qərar

UEFA-dan “Qarabağ”ın rəqibləri ilə bağlı gözlənilməz qərar

UEFA Ukraynanın “Vorskla” və İngiltərənin “Arsenal” klubları arasında Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək oyunla bağlı gözlənilməz qərar qəbul edib.

Futbolinfo.az xəbər verir ki, sözügedən matçın öncədən Poltavada keçiriləcəyi bəlli olsa da, qitə futbol qurumu son anda bu oyunun Kiyevdə təşkil olunmasına qərar verib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qərar qitə futbol qurumunun fövqəladə hallar üzrə komitəsi tərəfindən qəbul olunub. Səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib. 

Beləliklə, qarşılaşma noyabrın 29-da Ukrayna paytaxtındakı "Olimpiyski" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. 

Qeyd edək ki, "Vorskla" və "Arsenal" "Qarabağ"la eyni qrupda yer alıb. Ukrayna təmsilçisi qrupda həm Portuqaliya "Sportinq"i (1:2), həm də Azərbaycan təmsilçisi (0:1) ilə ev oyunlarını Poltavadakı Aleksey Butovski adına stadionda keçirib.


 
tarix: 28-11-2018 11:00


 
Xəbər lenti
21.02.2019

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az