qaynar xətt
“Qəbələ” “Herta”ya uduzdu, mübarizəni dayandırdı
“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.
Doğma meydandakı ilk oyunda 1:3 hesabıyla məğlub olmuş Emin İmaməliyevin baş məşqçisi olduğu komanda bu rəqibi ilə Berlindəki “Vurfplats” stadionunda üz-üzə gəlib. "Qəbələ" növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmalı idi. Lakin ilk yarıda penaltidən qol buraxan Azərbaycan təmsilçisi dönüş edə bilməyib və minimal hesabla uduzaraq mübarizəni dayandırıb. Halbuki, oyunun əvvəlində "Qəbələ" də penalti vurmaq şansı qazanıb və bundan yararlana bilməyib.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələ, cavab oyunu
28 noyabr
Herta - Qəbələ 1:0
Qol: M.Kiprit, 24-pen.
Matçın 11-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Əli Sadıqov penaltidən yararlana bilməyib - qapıçı.
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya).
Berlin. “Vurfplats” stadionu.
İlk oyun – 3:1.
Herta: 12. Florian Palmovski, 9. Cesik Nqankam (k), 11. Dennis Jastrembski, 15. Luka Naumann, 20. Ransford-Yeboa Köniqsdörffer, 21. Elias Tamim, 24. Matias Kastrati, 31. Soni Ziemer, 35. Florian Krebs, 36. Məhəmməd Kiprit, 37. Panzu Ernesto.
Ehtiyat oyunçular: 1. Luis Klatte, 8. Yonas Mixelbrink, 10. Miralem Ramiç, 14. Ruven Vertmüller, 16. Pol Krüger, 18. Maksimilian Qurşke, 19. Yulian Albrext.
Baş məşqçi: Mixail Hartman.
Qəbələ: 1. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıqov (k), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Məhəmməd Məhərrəmov.
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Alıyev, 14. Fərid İsgəndərov, 16. Veysəl Rzayev, 18. Nicat Oruclu.
Baş məşqçi: Emin İmaməliyev.
01:41 “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi
01:30 “Milan” “Atalanta”ya səfərdə qalib gəldi
01:14 Meydan sahibləri üçün növbəti uğurlu gün
00:55 “Mançester Siti” darmadağınla 1/4 finalda
23:53 “Leyptsiq”dən səfərdə inamlı qələbə
23:45 “Fənərbaxça” evdə xal itirdi
21:23 “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək
21:22 “Neftçi”də ciddi itki
20:57 Stuxlikin uduzdurduğu “Sumqayıt”
20:48 “Neftçi” belə xal itirdi - VİDEO
20:24 Abbasovun istefa qərarı son anda dəyişdi
20:14 “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”
20:02 Roberto Bordin: “2 xal itirdik”
19:48 “Qarabağ”dan yeni endirim
19:23 “Neftçi” Zirədə büdrədi
18:43 “Sumqayıt”dan daha bir transfer - RƏSMİ
18:25 “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO
17:30 Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”
17:18 “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”
16:47 “Sumqayıt” “Keşlə”yə məğlub oldu
16:07 “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi
15:01 Naninin yeni klubu məlum oldu
13:20 “Səbail”də nigeriyalı forvard - RƏSMİ
13:03 “Neftçi” yeni transferini sifariş etdi
12:42 Premyer Liqa klubunda iki yeni müqavilə
11:07 Kamran Quliyev – “like”?
11:00 “Qarabağ” yenə Miçelsiz hazırlaşır
10:32 Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi
10:00 Dəniz Yılmaz oynadı, komandası qalib gəldi
09:32 “Traktorsazi”yə 1 qol bəs etdi
09:17 Ziya Əzizovsuz məhsuldar heç-heçə
09:00 Limitlə uyğun gəlməyən legioner bolluğu
02:23 İlk 1/4 finalçı bəlli oldu
02:04 Meydan sahiblərinin günü