(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Onun meydanda olmağı əlavə motivasiyadı”

Qurban Qurbanov: “Onun meydanda olmağı əlavə motivasiyadı”

“Avroliqada evdə son qrup oyununa çıxırıq. Çalışırıq azarkeşləri oyunumuzla sevindirək”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah Portuqaliya “Sportinq”ini qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma öncəsi baş tutan mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Rəqibdə baş məşqçi dəyişikliyi olub. Belə hallarda komanda istəkli olur. İstənilən halda, öz meydanımızda oynayırıq. Biz daha çox istək olmalıyıq, nəinki rəqib. Çalışacağıq bütün gücümüzlə bacarığımızı ortaya qoyaq”.

- “Sportinq”in bir neçə əsas oyunçusu bura gəlməyib. Əvəzində 23 yaşlı futbolçular heyətə salınıb. Bu, sizin üçün motivasiya ola bilərmi?
- Belə şeylərə böyük klublarda o qədər önəm verilmir. 23 yaşlı futbolçu peşəkar deməkdi. “Sportinq”də də perspektivsiz futbolçunun olmasına inanmıram. Düşünürəm ki, futbolçularımız belə şeyə fikir verməzlər. Çünki biz böyük tarixi olan komandaya qarşı oynayacağıq. Təbii ki, istərdik rəqibdən üstün olaq. Qalib gəlmək üçün şansımızı yoxlayacaq və daha yaxşı oynamağa çalışacağıq.

- İnnosent Emeqaranın yoxluğunda sabah hücumda Araz Abdullayevə şans verəcəksiz, yoxsa hər hansı bir dəyişiklik gözlənilirmi?
- Biz Arazı o mövqedə oynatmışıq. Sabah da orda çıxış etmək ehtimalı çoxdu. Ancaq yenə də son qərarı səhərki məşqin ardından verəcəm.

- Rəşad Sadıqov sabah avrokuboklarda 100-cü oyununa çıxacaq. Bu, komanda üçün əlavə stimul ola bilərmi və ya bir önəm daşıyırmı?
- Buna çox sevinirəm. Azərbaycanlı futbolçu Avropa klub turnirlərində 100-cü oyununa çıxacaq. Məncə, motivasiyaya o qədər də ehtiyac yoxdu. Hamı son ev matçında özünü daha yaxşı tərəfdən göstərməyə çalışacaq. Rəşadın özünün də sabah oynayıb-oynamayacağı bilinmir. Buna sabahkı məşqdən sonra qərar veriləcək. Onun 100-cü oyuna çıxmağı yox, meydanda olmağı futbolçular üçün əlavə motivasiyadı. Belədə daha sərbəst olurlar. Öz aralarında danışsalar, bəlkə əlavə motivasiya ola bilər. Ancaq əsas oyunun mahiyyətidi.

- Rəşadın oynayıb-oynamaması zədə ilə bağlıdı?
- Xeyr, bununla bağlı deyil.

- Adətən sual verilir ki, komandanı necə motivasiya etmisiniz? Bəs özünüz psixoloji olaraq bərpanı necə keçdiniz?
- Bizdə bərpa turnir başa çatanda, mövsüm bitəndə olur. Hər günümüz gərgin keçir. (matç.az)


 
tarix: 28-11-2018 14:57


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az