(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Topaz”: "Qarabağ” sonuncu ev oyununda qalib gələ biləcəkmi?

“Topaz”: "Qarabağ” sonuncu ev oyununda qalib gələ biləcəkmi?

Bu gün "Topaz"da xüsusi günlərdən biridir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru öz müştərilərinə Avropa Liqasının bu axşam keçiriləcək 24 görüşündən 22-sinə "təkli" mərc etmək imkanı verir. Canlı mərci isə bütün oyunlara etmək olar. O cümlədən Azərbaycan çempionu "Qarabağ"ın "Sportinq"lə qarşılaşmasına.

"Qarabağ" pley-offa çıxmaq üçün nəzəri şansları saxlamaq istəyirsə, bu axşam mütləq qalib gəlməlidir. "Sportinq" isə hətta heç-heçə edərsə və qrupun digər matçında "Vorskla" "Arsenal" qarşısında xal itirərsə, 116 finala vəsiqəni rəsmiləşdirəcək. "Qarabağ"da zədəli Emeqara oynamayacaq. "Sportinq"in isə müxtəlif səbəblərdən bir neçə əsas oyunçusu - Akunya, Battaqliya, Montero, Rafinya, Ristovski meydana çıxmayacaq. "Sportinq"in 3 həftə əvvəl təyin olunan yeni baş məşqçisi Marsel Keyzer axşamkı qarşılaşmada bir neçə gənc futbolçuya şans verəcəyini bildirib. "Qarabağ" üçün matçı əhəmiyyətli edən məqamlardan biri də kapitan Rəşad Sadıqovun avrokuboklarda 100-cü oyuna çıxmasıdır. Görək, "Qarabağ" futbolçuları öz kapitanlarının yubiley görüşünə hansı hesabı "hədiyyə" edəcək? Bakı Olimpiya Stadionunda saat 21:55-də başlanacaq matçı çexiyalı hakimlər briqadası idarə edəcək. "Qarabağ"ın Avroliqadakı sonuncu ev oyununa "Topaz"da "təkli" və canlı mərc edə bilərsiz. Əmsallar: "Qarabağ"ın qələbəsi 3.15, heç-heçə 3.10, "Sportinq"in qələbəsi 2.20.

Gecənin digər maraqlı oyunlarına gəlincə, Moskvada "Spartak"la Vyana "Rapid"inin dueli həlledici xarakter daşıyır. "Spartak"ın aktivində 5, "Rapid"in isə 4 xalı var. Hər iki komanda üçün qələbə növbəti mərhələyə doğru mühüm addım olacaq. Avstriyadakı oyunda 0:2 hesabıyla uduzan rusların revanş üçün oynayacağı şübhə doğurmur. "Topaz"da qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiz: "Spartak"ın qələbəsi 1.60, heç-heçə 3.85, "Rapid"in qələbəsi 4.55.

Norveçdə keçiriləcək "Sarpsborq" - "Beşiktaş" görüşü də "ölüm-dirim" xarakterlidir. "Sarpsborq" 5 xalla lider "Genk"dən 2 xal geri qalır. Hesabında 4 xalı olan "Beşiktaş" isə qrup sonuncusudur. Norveçdə qazanılacaq qələbə "Beşiktaş"a həm "Sarpsborq"u, həm də "Malmö"nü keçməyə imkan verəcək. Bir şərtlə ki, "Malmö" öz meydanında qrup lideri "Genk"i uda bilməsin. İ qrupundakı hər iki qarşılaşmanın "Topaz"da əmsalları: "Sarpsborq"un qələbəsi 2.80, heç-heçə 3.15, "Beşiktaş"ın qələbəsi 2.35. "Malmö"nün qələbəsi 3.20, heç-heçə 3.10, "Genk"in qələbəsi 1.95.
Bu cür prinsipial xarakterli daha bir neçə matç var ki, "Topaz"da onlara həm "təkli", həm də canlı mərc etməyiniz mümkündür. İntuisiyanıza güvənib bu böyük futbol gecəsini qazancla başa vurmaq öz əlinizdədir. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.


 
tarix: 29-11-2018 12:34


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az