(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Hər şeyə sıfırdan başlamalıyıq”

Qurban Qurbanov: “Hər şeyə sıfırdan başlamalıyıq”

“Çox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də, ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər. Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdu. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi”.

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan razı qaldınız?
- Əlbəttə ki, xeyr.
 
- Hansı mövqedən və ya futbolçudan ən çox narazı qaldınız?
- Mövqe dedikdə, hərtərəfli bizdən üstün idilər. Hər hansı bir mövqedə yaxşı oynadığımızı desəm, düzgün olmaz. "Sportinq” Portuqaliyanın ən yaxşı uşaq futboluna malik komandasıdır. Avropa çempionu olduqları ildə 12-14 futbolçu "Sportinq” məktəbinin yetirməsi olub. Onların oyun fəlsəfəsi, futbolçu seçimi yuxarı səviyyədədir. Hamı bu gün onların gücünü, sürətini gördü. Ümumiyyətlə, Avropa futbolu hələ bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmayaq, bütün komponentlərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib. Rəqib belə oynadıqda isə özünü narahat hiss edirsən, səhvlər edirsən. Belə komandalar isə səhvləri bağışlamır.
 
- Dediniz ki, bu oyun real gücümüzü göstərdi. Kosovo ilə matçda da eyni cümləni işlətmişdiniz. "Sportinq” kimi komandalara böyük hesabla uduzmamaq üçün inkişaf planı varmı?
- Bəli, belə bir sözü Kosovo ilə görüşdən sonra da işlətmişdim. Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq. Bu cür böyük klubların, onların çempionatının hansı səviyyədə olduğunu hamımız görürük. Onlar bizdən qat-qat yüksəkdədilər. Kiçik futbol ölkəsi kimi, belə görüşlərdə təcrübə qazanırıq. Futbolçularımız belə rəqiblərin səviyyəsini canlı görəndə, özü üzərlərində daha çox çalışmalıdılar. Hətta eyni səviyyəli komandaların oyununda da belə hesablar olur. Məsələn, Premyer Liqada, La Liqada bunları müşahidə etmişik. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdı. Ümumiyyətlə, Bakıda bütün matçlarda qalib gəlmək istəyirəm. Amma reallıq da budur. Böyük inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərlə müqavimət apara bilək. Hər halda, yaxşı oyunlarımız da az olmayıb. Güclü rəqiblərlə mübarizə aparmağı bacarmışıq. Amma Avropada futbol get-gedə çox sürətlə inkişaf edir.
 
- Futbolçular meydana Qarabağ müharibəsində şəhid olmuş insanların övladları ilə çıxmışdılar. Bu, böyük motivasiya olmalı idi. Amma bunu görə bilmədik...
- Qolların çoxunu səhvdən buraxdıq. Xüsusən də, ikinci qolu bu cür buraxmamalı idik. Deməzdim ki, motivasiya yox idi. Qol buraxdıqdan dərhal sonra qol vurduq. Rəqib qapısı qarşısında imkanlarımız oldu. İlk hissədə hücum planında pis deyildik, hücumlarımız alınırdı. Daha artığını etmək olardı. Amma rəqib topla həddən artıq yaxşı oynadı. Başqa cür oyun planlaşdırmışdıq ki, topla daha çox oynayaq. Amma yeni baş məşqçi amili də rəqibin oyununa təsir etdi. Deməzdim ki, uşaqlar oynamaq istəmirdilər. Hər halda, hansı uşaqlarla meydana çıxdıqlarını düşünürdülər. (Sportnet)


 
tarix: 30-11-2018 00:30


 
Xəbər lenti
17.02.2019

09:00   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az