(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Marsel Kayzer: “Bu hesabı gözləmirdim”

Marsel Kayzer: “Bu hesabı gözləmirdim”

“Oyuna çox yaxşı başladıq. Birinci və ikinci qolu yaxşı vəziyyətdən vurduq. "Qarabağ”ı çox bəyənirəm. Açığı, bu hesabı gözləmirdim. Amma bu gün yaxşı oynadıq. Bunu bazar günkü çempionat matçında da gözləyirəm”.

Futbolinfo.az xəbər verir ki, bunu Portuqaliya "Sportinq”inin baş məşqçisi Marsel Kayzer Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib. Hollandiyalı mütəxəssis daha sonra sualları cavablandırıb:

- Komandanın çıxışına neçə bal verərdiniz?
- Yaxşı oynadıq. 10 ballıq şkala ilə 7-8 bal verərəm.

- Görmək istədiyiniz "Sportinq” budur?
- Qısa müddətdir bir yerdəyik. Amma komandanın mübarizəsini bəyənirəm. Pressinq, göstərilən futbol, boşluqlardan yararlanmaq. 3 həftəlik müddətdə kifayət qədər yol qət etmişik. Amma hələ müəyyən vaxta ehtiyacımız var. Daha yaxşı oynaya bilərik.

- Son iki oyunda 10 qol vurdunuz. Komandadan razısınızmı?
- Əlbəttə. Komandada qol vuran futbolçu çoxdu. Həm yarımmüdafiəçilər, həm hücumçular bunu bacarırlar. Bu da məşqçi üçün yaxşı haldı. Mövsümdə bəzən pis periodlar da ola bilər. Əsas odu ki, ümumilikdə mövsümü yaxşı keçirək.

- Daha yaxşı ola biləcəyinizi dediniz. Nəyi nəzərdə tutursunuz?
- Daha yaxşı oynaya bilərik dedikdə, 90 dəqiqə topu ayağımızda saxlamağı nəzərdə tutmuram. Bu gün 60-70 dəqiqə topa nəzarət etdik. Əsas topu hara ötürdüyünü bilməkdi. İki həftəlik performansdan razıyam.

- Vendel son iki oyunda çıxış etdi və bu gün məhsuldar ötürmə verdi. Onda hansı dəyişiklik etmisiniz və bu, psixoloji məqamdan qaynaqlanır?
- Bilmirəm. Əsas heyətdə meydana buraxdım. Futbol oynamağı bacarır. Həm məşqdə, həm də oyunda özünü doğruldur.

- Bəlkə 6 aydan sonra yenidən Bakıya qayıtdınız. Stadionla bağlı nə deyə bilərsiniz?
- Məni indi düşündürən növbəti oyundur. Amma deyə bilərəm ki, şəhəri gəzmişik və bəyənmişəm.

- "Qarabağ”ı bəyəndiyinizi dediniz. Rəqib hansı komponentdə sizi razı saldı?
- İlk hissədə bizə bəzi çətinlik yaşatdı. Topların cinahlara keçilməsində çətinliklərlə üzləşirdik. Cinah müdafiəçiləri də hücumlara qoşulurdular. Fasilədə bu haqda danışdıq və nəzarət altında saxlamaq barədə məsləhət gördük. İkinci hissədə bunu etdik və xeyrini gördük. (Sportnet)


 
tarix: 30-11-2018 00:45


 
Xəbər lenti
20.08.2019

13:52   “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38   “Azərbaycan aldadıcı komandadı”

13:15   “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51   “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30   “Səbail”in yubiley qələbəsi

12:19   Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00   Emil Balayevdən yeni “quru seriya”

11:41   Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31   İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23   Millimizin heyəti açıqlandı

11:12   Radikal qərar zamanı

11:01   Mahir üçün seçim anı

10:51   Giqqzin qayğısı, Kuperin təklifi

10:41   Bordinlə Petrovun bağışlanmaz səhvi

10:34   “Fənərbaxça”nın futbolçusu rəsmən Almaniya klubunda

10:22   Deviç yenidən "Vozdovaç"da

10:14   Sarridə xəstəlik aşkarlandı - “Yuventus” açıqladı

10:00   Ehtiyatlanan "Sabah", ruhsuz "Neftçi"

09:45   Mustivar qələbə sözü vermədi: “Səbəbi sizə deyə bilmərəm”

09:30   “Beşiktaş”ın müdafiəçisi millimizlə oyunu buraxa bilər

09:22   Petrov azarkeşləri qınadı: "Kimisə istefaya səsləmək ağılsızlıqdı"

09:11   Quliyevli “Spartak” derbidən qalib ayrıldı

09:00   Eksteyn ölkəmizə gəlməyə qorxurmuş: “Ndlovu təriflədi, gəldim”

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az