(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA rəhbərliyi püşkatmaya gedir

AFFA rəhbərliyi püşkatmaya gedir

Dekabrın 2-də İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində 2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

Futbolinfo.az xəbər verir ki, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın infrastruktur direktoru, AÇ-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev iştirak edəcəklər.

Xatırladaq ki, AÇ-2020-nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin qarşılaşmasıdır. Püşkatma mərasiminə yollanacaq AFFA nümayəndə heyətinin üzvləri AÇ-2020 ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin iştirakçısı olacaqlar. Həmçinin, püşkatmadan bir gün öncə - dekabrın 1-də Dublində milli assosiasiyaların rəhbərliyi və mətbuat xidməti rəhbərləri üçün seminarlar keçiriləcək. Tədbirlərdə, müvafiq olaraq, baş katib Elxan Məmmədov, baş katibin müavini Sərxan Hacıyev və Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla iştirak edəcək.


 
tarix: 30-11-2018 17:30


 
Xəbər lenti
26.08.2019

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az