qaynar xətt
Həftəsonunun ən maraqlı oyunları “Topaz”da
Dekabr istirahət günləri, həftəsonu ilə başlayır. Azarkeş və proqnozsevərlər üçün isə futboldan gözəl istirahət ola bilməz. Şənbə-bazarın futbol keyfinı çıxarmaq, həm də qazanmaq üçün "Topaz" var.
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru həftəsonu öz müştərilərinə 700-ə yaxın qarşılaşma təklif edir. İki gün ərzində "Topaz" müştəriləri ümumilikdə 100-dən artıq matça canlı və "təkli" mərc edə bilər. Bu görüşlər arasında adı xüsusi diqqət çəkən bir neçə oyun var ki, onlara həm azarkeşlərin, həm də bukmekerlerin gözü ilə baxaq.
1 dekabr, 18:30. Verder - Bavariya
"Bavariya" hazırda yaralı aslanı xatırladır. Komanda son 3 turda Bundesliqada qalib gələ bilmir: doğma "Alyans Arena"da "Frayburq" (1:1) və "Fortuna" (3:3) ilə heç-heçələr, üstəlik prinsipial rəqibi "Borussiya”ya ( Dortmund) məğlubiyyət (2:3). Hətta ÇL-də "Benfika" üzərində darmadağın da (5:1) maksimalist münhenli fanatları sakitləşdirməyib. "Verder"in də vəziyyəti fərqli deyil. 7-ci sıradakı bremenlilər son 4 turda qələbə üzünə həsrətdir. "Bavariya"ya qalib gələcəyi halda "Verder" 4-cü sıranı Münhen klubundan ala bilər. Hərçənd bu o qədər də real görünmür. Bremen təmsilçisi sonuncu dəfə evdə "Bavariya"nı 2006-cı ilin oktyabrında məğlub edib. Prinsipial rəqiblərin duelinə "Topaz"ın təklif etdiyi əmsallar: "Verder"in qələbəsi 5.95, heç-heçə 4.30, "Bavariya"nın qələbəsi 1.35.
1 dekabr, 21:00. Fiorentina - Yuventus
Son 5 turda ardıcıl heç-heçə oynayan "Fiorentina" A seriyasının yeganə məğlubedilməz komandasını qəbul edəcək. Florensiyalılar oyuna zədəli Pyatsa və Pezellasız çıxacaq. "Yuve"də isə Əmrə Can və Sami Kxedira zədəlidir. "Yuventus" həftəiçi ÇL-də "Valensiya" ilə ağır oyun keçirsə də, çətin Florensiya səfərində aşkar favorit olaraq görülür. "Topaz"ın əmsallrı: "Fiorentina"nın qələbəsi 5.20, heç-heçə 3.65, "Yuventus"un qələbəsi 1.60.
1 dekabr, 23:45. Real M - Valensiya
Hansı vəziyyətdə olmağına baxmayaraq, görüşləri hər zaman böyük maraq doğuran iki komandanın dueli. Bu mövsüm qeyri-stabil oynayan "Real" ötən tur şok məğlubiyyətlə azarkeşlərini üzüb. Söhbət "Eybar"a 0:3 hesablı ağır məlubiyyətdən gedir. Düzdür, bundan sonra "kral klubu" Çempionlar Liqasında səfərdə "Roma" üzərində qələbə (2:0 ) ilə fanatlarının könlünü müəyyən qədər aldı. Amma hazırda qərarlaşdığı 6-cı sıranı azarkeşləri "Real"a heç cür yaraşdırmır. La Liqada bu mövsün ən çox (8 dəfə) heç-heçə edən iki komandadan biri olan "Valensiya"nın da işləri qaydasında deyil. "Yarasalar" liderlər qrupundan 10 xal geri qalmaqla 11-ci yerdədir. "Real"ı səfərdə məğlub edəcəyi halda "Valensiya" cədvəldə azı 3-4 pillə irəliləyə bilər. Amma bu da var ki, valensiyalılar "Santyaqo Bernabeu"da sonuncu qələbəsini 10 il əvvəl qazanıb. Tərəflər arasında son 10 qarşılaşmanın hamısı "üst" bitib. Son 14 matçda isə azı 2 qol qeydə alınıb. "Real"da Naço və Kasemiro, "Valensiya"da isə Qaray zədə səbəbindən oynamayacaq. "Topaz"da bu maraqlı qarşılaşmaya canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Real”ın qələbəsi 1.40, heç-heçə 4.10, "Valensiya"nın qələbəsi 5.45.
2 dekabr, 17:30. Feyenoord - PSV
Hollandiyanın iki köklü klubu üz-üzə. Keçirdiyi 13 oyunun hamısında qalib gəlməklə unikal nəticəyə imza atan PSV vahid liderdir. 3-cü sıradakı "Feyenoord" liderdən 13 xal geri qalır. Amma bunun o qədər də əhəmiyyəti yoxdur. Tərəflərdən biri hətta autsayderlər qrupunda olsa belə, meydanda güzəştsiz mübarizə gedəcəyi şübhə doğurmur. Rotterdam-Eyndhoven qarşıdurmasına "Topaz"da həm canlı, həm "təkli" mərc edə bilərsiz. "Feyenoord"un qələbəsi 2.70, heç-heçə 3.10, PSV-nin qələbəsi 2.00.
2 dekabr, 18:05. Arsenal - Tottenhem
"Tottenhem" ardıcıl 2-ci tur London derbisinə çıxacaq. Ötən həftə derbidə "Çelsi"yə dərs keçən hotspurlular bu dəfə gücünü əla mövsüm keçirən "Arsenal"a göstərməlidir. Həmin "Arsenal" ki, avqustun 18-dən bəri keçirdiyi 18 matçın (Avroliqa da daxil olmaqla) heç birində uduzmayıb. "Tottenhem" isə ÇL də daxil olmaqla ardıcıl 6 oyundur meydanı qələbə ilə tərk edir. "Arsenal" qalib gələrsə, 3-cü sıradakı "Tottenhem"lə xalını bərabərləşdirəcək. "Topaz"da London derbisnin əmsalları belədir: "Arsenal"ın qələbəsi 2.40, heç-heçə 3.35, "Tottenhem"in qələbəsi 2.55.
Bundan başqa, bazar günü Mersisayd derbisi, "Liverpul" - "Everton" görüşünə və İtaliya A seriyasının maralı görüşlərindən sayılan "Roma" - "İnter" matçına da "Topaz"da mərc etməklə həyəcan qata bilərsiz. Təklif bizdən, dəyərləndirmək sizdən. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.
17:15 Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi
16:46 Milimizin rəqibi gürcülərlə qarşılaşacaq
15:19 “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda
14:50 Millimizin üzvü Latviya klubunda - RƏSMİ
14:24 Messi bunu da bacardı
13:51 Birinci Divizion: 16-cı turun hakimləri
13:17 Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı
12:55 “Arsenal”dan “Napoli”yə
12:38 Qışdan sonra: “Neftçi” 4-cü pillədə
12:24 Azərbaycan çempionatının 99-cusu
12:02 Namiq Ələsgərov üçün əlamətdar tur
11:49 “Sumqayıt” 70-ə çatdı
11:25 Bayılla “Bəhramov” arasındakı onqat fərq
11:19 İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO
11:15 Mbappe tarixə düşdü
11:11 Qadına görə qadağa
10:56 Zidanın tələbləri
10:49 Almeyda həsrəti bitirdi
10:41 Xal itirməyən qalmadı
10:27 Məğlublar hakimlərdən şikayətləndi
10:17 “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır
10:10 Lukaku satılır
10:01 “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”
09:52 Axundovun xilası naminə səhv...
09:41 Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”
09:31 Ozan Canın yoxluğunda komandası məğlub oldu
09:24 “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”
09:11 “Eştoril” Dadaşovsuz xal itirdi
09:00 Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”
02:08 PSJ 3 xalı tək qolla qazandı
01:56 “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu
01:40 “İnter”dən qələbə, “Napoli”dən xal itkisi
01:06 Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”
00:55 Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu
00:23 “Qalatasaray”dan səfərdə darmadağın
23:30 “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı
22:07 Daha üç komanda 1/4 finalda
21:04 40-cı heç-heçə
20:32 “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO
20:01 Qurban Qurbanovdan “Qəbələ”yə tərif
19:48 “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”
19:22 “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi
18:37 “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO
17:52 “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”
17:34 Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”
16:58 “Səbail” “Sabah”ı məğlub yola saldı
15:42 Bundesliqada yeni rekord
14:01 “Zirə”də 25-ci ölkə təmsilçisi
13:09 İsrafilovlu “Alkorkon” yenə uduzdu
12:08 “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da
11:18 Ufuk Budak oynamadı, komandası uduzdu
10:26 Dmitri Nazarov qələbəni kənardan izlədi
09:31 Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal
01:41 “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi
01:30 “Milan” “Atalanta”ya səfərdə qalib gəldi
01:14 Meydan sahibləri üçün növbəti uğurlu gün