(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Aftandil Hacıyev: “Rəqib fərdi səhvimizdən yararlandı”

Aftandil Hacıyev: “Rəqib fərdi səhvimizdən yararlandı”

“İlk növbədə, "Sumqayıt"ı təbii örtüklü stadionuna təmirdən sonra qovuşması münasibətilə təbrik edirəm. İnanıram ki, biz də belə örtüyə keçəcəyik. Oyuna gəldikdə, itkilərimiz var idi. Rahid Əmirquliyevin yoxluğu oyuna təsir etdi. Futbolçularımız əllərindən gələni etdilər. Matça yanaşmalarından razı qaldım. Amma nəticədən narazıyam".  

Futbolinfo.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
 
- Klubunuzda maddi problemlərin olduğuna dair məlumatlar var. Belə hal yoxdursa, meydana istəksiz çıxmağınız nə ilə bağlı idi?
- Kapitan Rahid Əmirquliyevin anasının dünyasını dəyişməsi komandaya təsir etmişdi. Amma deməzdim ki, kollektiv istəksiz idi. Sadəcə, fərdi səhvlər etdik. Süni örtüklə təbii ot arasında fərq var. Bu, futbolçulara çətinlik törədir. Amma bu, əsas səbəb ola bilməz. Bu gün səhvimizdən rəqib yararlandı.
 
- Emil Balayevə buraxdığı səhvlə əlaqədar nə dediniz?
- Heç nə demədim. Ondan əvvəl də fərdi səhvlərə yol verənlər var idi. Futbolda belə hallar olur. Amma birgə olmağımız üçün nəticələri yaxşılaşdırmalıyıq. (Sportnet)


 
tarix: 01-12-2018 21:30


 
Xəbər lenti
23.04.2019

10:00   “Zirə” “Sumqayıt”la üz-üzə - YENİLƏNİR

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

09:00   “Qəbələ” “Qarabağ”a qarşı - YENİLƏNİR

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az