(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sabah”la oyundakı azarkeşlik “Neftçi”nin tarixinə, adına yaraşmayan şəkildə oldu”

“Sabah”la oyundakı azarkeşlik “Neftçi”nin tarixinə, adına yaraşmayan şəkildə oldu”

Bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş “Sabah” - “Neftçi” oyunu zamanı bir neçə xoşagəlməz hal yaşanıb. 

Futbolinfo.az xəbər verir ki, qonaq komandanın azarkeşləri oyunboyu təhqiramiz ifadələrə yol verməklə yanaşı, qarşılaşmanın keçirildiyi “Əlincə Arena”ya maddi ziyan vurublar. “Sabah” Futbol Klubunun mətbuat katibi Elnur Həmidovun baş vermiş xoşagəlməzliklə bağlı fikirlərini təqdim edirik:

“İlk növbədə onu vurğulayım ki, hər bir rəqibimizə olduğu kimi, “Neftçi” futbol klubuna da hörmətlə yanaşırıq. “Neftçi”nin futbol tariximizdə xüsusi yeri var. Bu klubda nəsildən-nəsilə keçən azarkeşlik ənənəsi mövcuddu.

Ancaq çox təəssüf ki, bu gün “Sabah”la oyundakı azarkeşlik “Neftçi”nin tarixinə, adına yaraşmayan şəkildə olub. Bu klubu dəstəkləmək adıyla stadiona gələn şəxslər oyunboyu xoşagəlməz davranışlarıyla diqqət çəkiblər. Onlar “Sabah” klubunun, futbolçuların, baş məşqçinin, hakimlərin ünvanına təhqirlər yağdırıblar. Masazıra futbol gətirən “Sabah” klubu yerli sakinlərin stadiona gəlməsi, futbol ailəmizə qoşulması üçün əlindən gələni edir. “Əlincə Arena”ya gələnlər arasında gənc ailələr, uşaqlar, xanımlar çoxluq təşkil edirlər. Lakin bəzi tərəfdarların xoşagəlməz davranışı, vandallıqları stadiona yeni-yeni ayaq açan azarkeşləri burdan uzaqlaşdırır. Bu gün 150-yə yaxın oturacaq sındıran şəxslər azarkeş adına uyğun gəlməyən hərəkətlərlə yadda qalıblar. Onların bu davranışı oyunun gedişində rəqibin futbolçusu Baqali Daboya da sirayət etməyə başlayıb. O, meydandan qovulan ana qədər UEFA-nın devizi olan “respect” anlayışı haqqında düşünməyi ağlına belə gətirməyib. Çox təəccüb və təəssüflə vurğulayıram ki, “Neftçi” rəsmiləri Dabonun qeyri-idman hərəkətlərini qınamaq əvəzinə, haqq qazandırıb. Bunun məntiqi nəticəsidi ki, fanatlar tribunada özlərini apara bilmirlər, azarkeş adına xələl gətirirlər.

“Neftçi” tarixdi, bu klub hazırda çempionatda liderdi. Lakin onları böyük edən nəticələri yox, futbolçusuyla, azarkeşiylə böyüklük nümayiş etdirməsi olmalıdı. Belə hallar təkrarlansa, bu cür xoşagəlməz hallara yol verən azarkeşlərə qarşı müvafiq addımlar atılacaq, onların “Əlincə Arena”ya daxil olmasına qadağa qoyulacaq.

Hakimliyə gəlincə, bizim də narazı qaldığımız məqamlar var. Lakin biz bunu media vasitəsiylə yox, reqlamentə uyğun şəkildə etməyi doğru hesab edirik”.


 
tarix: 01-12-2018 23:56


 
Xəbər lenti
19.02.2019

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az