qaynar xətt
Bəyanat: “Neftçi” təhqirə qarşı
“Neftçi” futbol üzrə Azərbaycan çempionatının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirilmiş səfər oyununda baş verənlərlə bağlı bəyanat yayıb.
Futbolinfo.az həmin bəyanatı təqdim edir:
“Neftçi” Peşəkar Futbol Klubu olaraq bəyan edirik ki, Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Sabah” - “Neftçi” oyununda rəqib komandanın rəhbər heyətini və üzvlərini təhqir edən bir neçə şəxs bütün “Neftçi” azarkeşlərini təmsil etmir. Komandamızın minlərlə azarkeş ordusu hər zaman klubuna sadiqliyi ilə, onun ağır günündə belə yanında olmaqla seçilən fanatlardır. Onlar daima meydanda rəqibə hörmətlə yanaşıblar və yalnız öz futbolçularını qələbəyə səsləyiblər. “Neftçi” ailəsi olaraq, dünən meydandan kənarda baş verən bu cür aqressiv hərəkətlərə görə təəssüf edirik və bütün azarkeşləri idman prinsiplərinin əsası olan rəqibə hörmətlə yanaşmağa çağırırıq.
“Neftçi” PFK stadionlarda bütün qeyri-peşəkar addımlara, aqressiv təcavüzün yaranmasına qarşıdır. Bu cür davranış, ilk növbədə, komandamızın imicinə zərbə vurur və bütün bunlar kluba müəyyən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər. “Neftçi” azarkeşlərinin meydanda nə baş verdiyindən asılı olmayaraq, təcavüzkar davranışlardan uzaq qalmağa çağırırıq. Onları Azərbaycanın ilk peşəkar futbol klubu olaraq, daima sadiq olduğumuz ən yüksək standartlara və davranış normalarına riayət etməyə səsləyirik. “Neftçi” PFK hər zaman tribunalara mümkün qədər çox insanı, o cümlədən xanımları və uşaqları cəlb etmək üçün hər cür cəhdləri dəstəkləyib və klub olaraq bu istiqamətdə də əməli addımlar atmaqda davam edirik. Azərbaycan xalqının adət-ənənələrini nəzərə almaqla, oyunlar zamanı tribunalarda istənilən təhqirə, söyüşə qarşı olduğumuzu bəyan edirik və ilk növbədə də azarkeşlərimizi “Neftçi” üçün buna əməl etməyə dəvət edirik.
“Neftçi” PFK olaraq, AFFA-nın İntizam Komitəsinin qərarını gözləmədən, dünənki oyunda “Əlincə Arena”ya bizim azarkeşlər tərəfindən dəymiş zərəri qarşılamağa hazırıq. Eyni zamanda, fanatlarımıza müraciət edərək, sevimli klublarını bu cür əlavə xərclərə əsas yaratmamağa dəvət edirik. Əks təqdirdə, “Neftçi”yə bu cür ziyan vuran şəxslərə qarşı qanun çərçivəsində addımların atılmasını tələb edəcəyik.
Oyun ərzində futbolçularımızın və klub nümayəndələrinin qeyri-obyektiv qərarlara qarşı reaksiyasının anlayışla qarşılanmasını, “Neftçi” rəhbərliyinin sakit bir şəkildə, reqlament çərçivəsində addımlar atdığını bəyan edirik. Artıq müvafiq strukturlara müraciət edilib, onlardan obyektiv və qərəzsiz qərarlar gözləyirik”.
00:17 “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO
23:52 “Fənərbaxça” dayandı, “Qalatasaray” “Benfika”ya qarşı - YENİLƏNİR
22:08 Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”
21:35 Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu
18:40 Nihat Kahveci də Bakıya gəlir
18:01 Millimiz İspaniya və Çexiya ilə eyni qrupda
17:48 PSJ Diarra ilə yollarını rəsmən ayırdı
17:25 PSJ türk futbolçuyla müqavilə imzaladı
17:03 MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı
16:50 “Keşlə” transferlərə niyə pul tapmayıb?
16:36 Volkovi: “Bunu yaxşı nəticə saymıram”
16:25 Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”
16:12 Süleymanzadənin həyat yoldaşı vəfat edib
16:01 “Qarabağ”dan “Yuventus”a atmaca
15:54 Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”
15:33 Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”
15:15 Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ
14:58 Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu
14:26 Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO
13:56 Dünya futbol ulduzları Bakıya gəlir
13:14 Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda
13:07 Premyer Liqada 19-cu turun oyun cədvəli
12:57 Milli komandada yeni baş məşqçi
12:31 “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də
12:00 17-ci turun ən yaxşısı “Keşlə”li oldu
11:48 Premyer Liqada 17-ci turun rəmzi komandası
11:30 ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd
10:22 “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli
10:00 “Mançester Siti”dən çətin qələbə - VİDEO
09:41 “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO