(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
PFL “Qəbələ” - “Zirə” matçı ilə bağlı rəsmi qərarı açıqladı

PFL “Qəbələ” - “Zirə” matçı ilə bağlı rəsmi qərarı açıqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” - “Zirə” qarşılaşmasının əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salındığını xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, qatı duman səbəbindən 58-ci dəqiqədə dayandırılan qarşılaşmanın daha öncə sabah 14:00-da qaldığı yerdən davam etdiriləcəyi barədə xəbərlər yayılmışdı.

Artıq Peşəkar Futbol Liqası da bu oyunla bağlı rəsmi qərarı açıqlayıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, sözügedən oyun sabah - dekabrın 3-də, saat 13:00-da saxlanıldığı dəqiqədən davam etdiriləcək.


 
tarix: 02-12-2018 19:52


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az