(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Türkiyənin Gəncədəki baş konsulu “Kəpəz”in düşərgəsində

Türkiyənin Gəncədəki baş konsulu “Kəpəz”in düşərgəsində

Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk “Kəpəz” Peşəkar Futbol Klubunu ziyarət edib. 

Futbolinfo.az xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna gələn konsulu klubun rəsmiləri, baş məşqçi Etibar İbrahimov qarşılayıb. Arena ilə tanış olan qonağa “Kəpəz”in tarixi və qazandığı uğurlar haqda məlumat verilib. “Sarı-göylər”in hazırkı durumu ilə maraqlanarkən “Fənərbaxça” azarkeşi olan Zeki Öztürk “rənglərimiz və cari mövsümdəki nəticələrimiz eynidir” deyə zarafatlaşıb. Zeki bəy futbolçularla da ayaqüstü görüşüb, onlara qarşıdakı oyunlarda uğurlar arzulayıb. Komandanın ev matçlarından birində tribunadan dəstək verəcəyini bildirib. 

Daha sonra klubun ofisində çay süfrəsi arxasında görüş davam etdirilib. Qardaş ölkənin Nizami yurdundakı rəsmi təmsilçisinə arxasında adı və soyadı yazılan “Kəpəz”in Gəncənin avtomobil seriyasına uyğun 20 nömrəli forması, şərfi hədiyyə edilib. Konsul da görüşə əliboş gəlməyib. O, kollektivə Türkiyə istehsalı olan şirniyatı və “Skylife” turizm jurnalının Gəncə haqqında geniş məqalə dərc edilən buraxılışını təqdim edib. Görüşdə yaxın günlərdə konsulluq əməkdaşları ilə klubun üzvləri arasında dostluq matçının keçirilməsi qərara alınıb. 

Zeki Öztürk doğum gününü qeyd edən komandanın həkimi Şıxəli Həsənovu kollektivlə birgə təbrik edib. Onun şərəfinə bişirilmiş tortu səbəbkarla birlikdə kəsib.

Ziyarətinin sonunda Baş konsul klub saytına açıqlama verib: “Klubu ziyarət etməkdən böyük məmnunluq hissi duydum. Komandanın tarixi haqda müəyyən bilgiləri əldə etdim. Kollektivin tezliklə layiq olduğu yarışda - Premyer Liqada çıxış etməsini arzulayıram. İnşallah, “Kəpəz” yenidən Gəncə və gəncəlilərə yaraşan bir komanda olmaqla Azərbaycanı avrokuboklarda da uğurla təmsil edər”.

Xatırladaq ki, bir müddət öncə Gəncə şəhər rəhbərliyi ilə görüşdə Zeki Öztürk "Kəpəz” ilə Türkiyənin hər hansı bir komandası arasında yoldaşlıq görüşünün təşkil olunması ilə bağlı fikir irəli sürmüşdü. O, Türkiyənin Gəncə ilə qardaşlaşmış şəhərlərindən birinin komandasının “Kəpəz” ilə qarşılaşmasının daha uyğun ola biləcəyini vurğulamışdı. Yeri gəlmişkən, klub nümayəndələri ilə görüşdə Baş konsul bu barədə müzakirələr aparıb.   


 
tarix: 02-12-2018 20:45


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az