(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Komanda quruculuğu tsikli

Komanda quruculuğu tsikli

Çox uğursuz püşkdü. Nə Almaniya, İspaniya, İtaliya kimi dünya nəhəngləri var, nə də asanlıqla xal qazanacağımızı gözlədiyimiz rəqiblər. Bu baxımdan Avro-2020-nin seçmə mərhələsi cəlbedici deyil.

AFFA-nın marketoloq idarəçiləri də bu durumdan məyus olmalıdı. Axı, qrupumuzun favoriti olan Xorvatiya ilə oyunlarda hansı reklam gəlirlərinə, hansı qazanclı layihəyə ümid edəsən. Uels, Macarıstan, Slovakiya da onun kimi. Nəticə baxımından isə yenə ümidsiz durumdu. Qitənin möhkəm ortababları ilə oyunlarda evdə uduzmamaq, təsadüf nəticəsində hansınısa udmaq – başqa məqsəd ola bilməz. Hətta perspektivsiz qrup üçüncülüyü üçün oynamaq da mümkünsüzdü.

Bəri başdan hər şey bəllidi. Ona görə də heç kim vəd vermir. İstər AFFA rəhbərliyi, istərsə də baş məşqçi Qurban Qurbanov ümumi sözlərlə kifayətlənir. Vaxtilə qarşılaşmağımızdan, rəqibin gücündən, ənənələrindən bəhs edirlər. Halbuki strategiyanı müəyyənləşdirmək, dəqiq hədəf göstərmək lazımdı.

Gücümüz bəllidi – bu qrupdan final mərhələsinə yollana bilmərik. Millətlər Liqasındakı fiaskodan sonra bu haqda danışmaq gülməli alınar. Ancaq oyunları yola vermək də lazım deyil. AFFA bu mərhələyə komanda quruculuğu üçün fürsət kimi yanaşmalıdı. Milli komandadan nəticə istənməməli, gələcəyin kollektivi qurulmalıdı. Qurbanov heyəti yeniləməli, gəncləşdirməli, növbəti tsikllərdə özək olacaq heyəti formalaşırmalıdı. Eyni zamanda aşağı yaş qrupundan olan milli komandalara diqqət yetirilməli, perspektiv düşünmülməlidi.

1-2 qələbə, 7-8 xal yığılması mümkündü, lakin bu, bizə heç nə verməyəcək. Xorvatiya, Uels kimi komandaları sıradan şıxarmaq, Slovakiyanı üstələmək xəyaldı. Macarıstanın klub futbolu zəif olsa da, bu ölkəyə çatmağımıza da çox var. Futbol ənənələri, kadr ehtiyatı, sistem baxımından aşkar autsayderik. Bu səbəbdən qarşıdakı seçmə mərhələyə hansısa ümidlə yox, komanda quruculuğu üçün fürsət kimi baxmalıyıq.

AFFA rəhbərliyi, milli komandanın məşqçisi hələlik hədəfləri açıqlamır. Konkret danışmaq, vəzifələri aydınlatmaq lazımdı. Nə özünüzü, nə milləti aldatmayın, işə başlayın!

AĞA


 
tarix: 03-12-2018 12:43


 
Xəbər lenti
24.08.2019

12:49   Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59   İsrafilovsuz qələbə

11:03   UEFA “Qarabağ”ı cərimələdi

10:50   “Sumqayıt” “Səbail”ə qarşı - YENİLƏNİR

09:47   "Neftçi"nin legioneri Hindistan klubunda

09:21   “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14   Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00   Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi: "Məni bağışlayın"

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az