(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
MFL-in yalanı və ya hamam suyu ilə dost tutanlar

MFL-in yalanı və ya hamam suyu ilə dost tutanlar

“Uğurun atası çox olsa da, məğlubiyyət yetim olur”. Futbolmuzuda da belədi, harada uğur olur, qarışqa şirəyə qaçan kimi hamı üstünə daraşır. Bərbəzəkli açıqlamalar, müsahibələr, “mən yetişdirmişəm”, “mənim uğurumdu” kimi sözlər asimana bülənd olur. Elə ki, uğursuzluq olur, hamı siçan deşiyini satın alır.

Yaxınlarda  gözümə belə bir şəkil dəydi: “MFL-dən PFL-ə”. MFL-in (Mini Futbol Liqası) “facebook” səhifəsində paylaşılmışdı. Sən demə, Premyer Liqanın 12-ci turunun “Zirə” – “Sumqayıt” qarşılaşmasının baş hakimi Səbuhi Bayramov MFL-dən  Premyer Liqaya yüksəlib.

Bunun adı nədi? Marketinq? MFL-in uğuru? Niyə insanları aldadırsız? Niyə özünüzü gülünc vəziyyətə salırsız? Ən azı futboldan zərrə qədər də anlayışınız olsa, bilməlisiniz ki, mini-futbolun oyun qaydaları ilə, böyük futbolun oyun qaydaları arasında nə qədər fərq var.

Sonra araşdırıram, sən demə, Səbuhi Bayramov tək bu mövsüm 1-ci divizionda 7 (5 oyunda baş hakim olmaq şərti ilə), Prmeyer Liqada 2 dəfə 4-cü hakim kimi iş başında olub. İndi MFL-in rəhbərlərinin - Rəhman Hacının, Ayaz Əhmədovun məntiqindən belə çıxır ki Media Kubokunun idarə etmiş hakim, futzal oyununu idarə edirsə, “Media Kubokundan Futzala” yazılmalıdır?

Futbol marketinqi fərqli olur, cənablar. Dostunuz Elxan Məmmədov kimi hər şeyi süniləşdirməyin! Onsuz da futbolda uğur varsa, onu yalandan təbliğ etməyə ehtiyac yoxdur, insanlar özü görəcək.

Sonra daha bir yazı qarşıma çıxdı: “Səbuhi Bayramov Elçin Məmmədovun yetirməsidir”. Elçin Məmmədov özünü yetişdirə bilib ki, hakim də yetişdirə bilsin? Bu gün - sabah 50 yaşı olacaq, hələ də bilinmir adı Elçindi, yoxsa Bayram.

Əliyar Ağayev uğur qazanır, 1-ci kateqoriyaya yüksəlir, müəllimlərinin sayı-hesabı bilinmir, hamı Əliyarın müəllimi olur, onun yetişməyində müstəsna rol oyanır. Çempionatımızda hakim səhvləri olanda, səhv etmiş hakimlərin müəllimlərini tapa bilmirik.

İş görəndə çalışın, səmimi olun. Başa düşürük, Rəhman Hacının PR-nı aparırsız, nüfuzunu qaldırmaq, futbolda uğurlu olduğunu göstərib, yeni vəzifəyə getməsinə çalışırsız. Amma bunu elə etmək lazımdır ki, kənardan hiss olunmasın. Süni təbliğat kənardan gülünc görsənir.

FƏRİD


 
tarix: 03-12-2018 13:33


 
Xəbər lenti
25.04.2019

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az