(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Samir Abasov: “Sənan Qurbanov Bakıya məndən çox tələsir”

Samir Abasov: “Sənan Qurbanov Bakıya məndən çox tələsir”

“Bir qədər üzülürük. Həm hesaba, həm də Bilal Həmdinin qırmızı vərəqəsinə görə. Rəqibin düşdüyü situasiya bizim üçün əlverişli olmalı idi. Dünən də oyuna yaxşı başladıq, bu gün də. Yolumuz uzundur, qış fasiləsini səbrsizliklə gözləyirik".

Futbolinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Bilal Həmdiyə xəbərdarlıq olmamışdı ki, ehtiyatlı olsun? Axı, dünən artıq sarı vərəqəsi var idi... 
- Xəbərdarlıq etmişdik. Dünən ədalətli sarı vərəqə almışdı. Ancaq ikinci "sarı" ilə razı deyiləm. Baş hakimin (Vüqar Həsənli - red.) bunu hiss etməsi üçün onun özü futbol oynamış adam olmalıdır. Məncə, həmin toqquşma təbii idi, epizod vərəqəlik deyildi. Elə Adil Nağıyevə də ötən tur düzgün vərəqə verməmişdi.

- Belə çıxır ki, hakimlərin sabiq futbolçular olmasının tərəfdarısınız? 
- Ümumiyyətlə, futbolda futbol oynamış insanlar nə qədər çox olsa, bir o qədər xeyirli olar.

- Oyunun 2 günü əhatə etməsi işinizə ziyan vurdu? 
- Dünən komandam çox əzmkar və istəkli idi. Ancaq desək ki, dünən oyunu başa vursaydıq, başqa nəticə olardı, doğru olmaz. Bütün hallarda Qəbələyə 3 xal arxasınca gəlmişdik.

- Budaq Nəsirov ötən oyunda özünü yaxşı tərəfdən göstərdi. Ancaq bu oyunda şans vermədiniz... 
- Ona güvənirəm. İnanıram əsas heyətin üzvünə çevriləcək.

- Deyəsən, Qəbələni çox bəyəndiniz. Nə yaxşı konfransa ikinci qatıldınız? 
- Deyəsən, Sənan Qurbanov Bakıya məndən çox tələsir (gülür). Mənə nə vaxt deyildisə, onda da gəldim. (Sportnet)


 
tarix: 03-12-2018 14:48


 
Xəbər lenti
25.03.2019
24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

09:00  Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az