(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurbanov: “Sportinq”ə məğlubiyyət hələ yadımızdan çıxmayıb”

Qurbanov: “Sportinq”ə məğlubiyyət hələ yadımızdan çıxmayıb”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqada “Keşlə”ni məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, Qurbanov komandasının 5:1 hesablı qələbəsini belə şərh edib:

- Komandamı təbrik edirəm. Vacib qələbə idi. Son vaxtlar çox bəsit qollar buraxırıq. Rəqib qapısına 5 qol vurmaq, bəzən hər futbolçuya, hər komandaya lazımlı olur. "Keşlə" asan rəqib deyil.

- Qolların ardıcıl gəlməsi nəylə bağlıydı?
- İlk hissədə də qol imkanlarımız çox oldu. Bəzən qol imkanlarından çətin istifadə edirsən, bəzən də əksinə. Qapımızdan çox sadə qol buraxdıq. İkinci hissədə daha istəkli meydana çıxdıq. Komandaya belə hesabların faydası olur.

- Bu matç "Sportinq"dən buraxılan qolların əvəzi idimi?
- Xeyr, belə düşünmürəm. Çalışırıq ki, hər oyun yaxşı çıxış edək. Belə bir fikirimiz yox idi. "Sportinq" məğlubiyyəti bizim üçün ağır idi. O hesab hələ yaddan çıxmayıb. 

- "Sportinq"dən 6 top buraxıb, "Keşlə"yə 5 qol vurmaq, hər iki liqa arasında olan uçurumdurmu?
- Həm liqa, həm də klublar arasında fərq çoxdu. Çox fərq var demək istəməzdim. Rəqibə də hörmətlə yanaşıram. "Sportinq"dən də güclü komandalara qarşı yaxşı oynamışdıq. 

- Matçın bu gün oynanılması, sizin püşkatmaya getməyinizlə bağlıydı, ya yorğunluqla?
- Zaur Axundova zəng etdim ki, bir gün sonraya çəkək. Sırf püşkatmayla bağlı idi.

- Püşkatma mərasimində Rövnəq Abdullayev də iştirak edirdi. Onunla müzakirərləriniz oldumu son durum haqda?
- Püşkatmada görüşdük. Müzakirələrimiz oldu.

- AÇ-2020-də minimum hədəf neçə xal toplamaq olacaq?
- Bu gün səhər gəlmişəm. Rəqiblər də bizə tanış komandalardı. Futbol Avropada sürətlə inkişaf edir. Daha çox maraqlanıb, məlumat toplamalıyıq. Stabil nəticə vemək üçün öz oyununuzu yaxşılaşdırmalısız. Hər oyunda maksimum nəticə üçün çalışmalıyıq. (komanda.az)


 
tarix: 03-12-2018 21:30


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az