(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Dünya və Avropa çempionu Bakıya gəlir

Dünya və Avropa çempionu Bakıya gəlir

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfər edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 4-də Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək. Festival saat 11:00-da başlayacaq.

Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək.


 
tarix: 03-12-2018 22:27


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az