(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qara Qarayev: “Bilsəydim, saçımı kəsdirməzdim”

Qara Qarayev: “Bilsəydim, saçımı kəsdirməzdim”

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev “Keşlə”yə 5:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIII tur oyunundan sonra brifinq keçirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə 2020-ci il Avropa çempionatının püşkünü dəyərləndirib:

- Komandaların gücünə real yanaşmalıyıq. Gərək heç bir şey bizi aldatmasın. Xorvatiya ilə bir dəfə oynamışıq. Evdə uğur qazanmışıq, amma digərləri ilə uzun müddətdir ki, qarşılaşmamışıq. Slovakiya və Macarıstanla oyunlar yadıma gəlmir. İşimiz çox çətin olacaq. Çalışacağıq ki, bacardığımız qədər çox xal yığaq.

- Hər halda qrupdan çıxmaq haqqında düşünmək çox real deyil...
- Sizinlə razılaşıram. Oturub burda danışaq ki, "bağ belə, bostan belə”, amma fakt budu ki, çox çətin qrupdayıq. Bəlkə 6 komandalı qrupda olsaydıq, bizim səviyyəmizdə daha bir komanda olsaydı, daha çox xal toplaya bilərdik.

- İlk oyun Xorvatiyada olacaq. Tariximizdə 0:6 nəticəsi var. Bunu düşünüb təşvişə düşürsünüzmü?
- Elə düşünmürəm. 4 il əvvəl böyük hesabla uduzsaq da, indi əlimizdən gələni edəcəyik ki, uğur qazanaq, oynayaq. Nəinki Xorvatiya, bütün səfər matçlarından yaxşı nəticə ilə gəlmək istəyirik. 

- Yeni imicinizlə bağlı nə deyə bilərsiniz?
- Məncə, bunun müzakirəyə çıxarılması doğru deyil. Saçdır da, kəsdirdim, vəssalam. Sabah sarı gödəkçə geyinsəm, bu da xəbər olacaq? Gözləməzdim bu qədər diqqət çəksin, düşünmürdüm. Bilsəydim, bu qədər adam paylaşacaq, danışacaq, heç etməzdim. İndiki zamanda daha çox idmanla, özümüzlə bağlı düşünməliyik. Saç, imic kimi mövzular ikinci dərəcəlidi. (Sportnet)


 
tarix: 03-12-2018 23:55


 
Xəbər lenti
22.02.2019

10:42   “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31   Fellaininin gedişində Mourinyonun rolu

10:17   “VAR-ın öhdəsindən gəldik”

10:00   “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az