(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Vaqif Cavadov: “Bəzi futbolçular bunu dərk etmirlər”

Vaqif Cavadov: “Bəzi futbolçular bunu dərk etmirlər”

“Keşlə”nin futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu öncə komandasının uğursuz oyununu şərh edib:

- Hesab gözlənilməz oldu. Oyuna qələbə əzmi ilə çıxmışdıq. Belə məğlubiyyətdən sonra deməyə çox söz tapmaq çətindi.

- İlk hissədə göstərdiyiniz oyunla ikinci hissədəki çıxışınız çox fərqli idi. Bunu nə ilə əlaqələndirərdiniz?
- İkinci hissədə konsentrasiyanı itirdik və 10 dəqiqə ərzində qapımızda 3 qol gördük. Belə amillər kiçik görünsə də, futbolda demək olar ki, hər şeyi həll edir.

- Tərlan Əhmədəv sənin təcrübəndən niyə istifadə etmir?
- Bu suala cavab verə bilmərəm. Hər şey yaxşıdır. Komandaya bir az daha vaxt lazımdır ki, vəziyyət tam qaydasına düşsün.

- Zirə 1 xal qazanıb sizi geridə qoydu. Sonuncu pilləyə enişinizi necə qarşılayırsınız?
- Biz bunu oyundan öncə həm yerlilərə, həm də əcnəbilərə demişdik ki, "Keşlə" bu yerə layiq komanda deyil. Bütün gücümüzlə çıxış edib xallar qazanmalı və yuxarı pillələrə qalxmalıyıq. Heyətimiz də 35-40 yaşlı oyunçulardan ibarət deyil ki, biz sonuncu pillədə qərarlaşaq. Həm gənc, həm də orta yaşlı oyunçulardan ibarət yaxşı heyətimiz var. Sadəcə, bəzi futbolçular komandaya nə lazım olduğunu dərk etmirlər.

- Tərlan Əhmədovun gəlişi ilə düşünürdülər ki, "Keşlə"nin vəziyyəti nisbətən düzələcək, amma vəziyyət hələ də yaxşı deyil...
- Baş məşqçimiz yenidir, komandanı düzəltmək üçün müəyyən qədər vaxt lazımdır. Yoxsa hər 2-3 aydan bir baş məşqçi dəyişilsə, bir nəticə əldə etmək olmaz. 

- Milli komandanın rəqibləri barədə nə deyə bilərsiniz?
- İnanıram ki, Bakıda hər komandaya qarşı oynamaq olar. Çətin rəqiblərdir, amma futbolda elə olur ki, zəiflər də güclülərdən xal ala bilər. Yadınızdadırsa, Türkiyə millisi də bura qələbə üçün gəlmişdi, amma biz onları 1:0 hesabı ilə məğlub etdik və sonda qrupdan da çıxa bilmədilər. Qrupumuz çox çətindir, rəqiblər güclüdür, bizim üçün çətin olacaq. (Sportnet)


 
tarix: 04-12-2018 00:30


 
Xəbər lenti
22.08.2019

12:40   PSJ cəzalandırıldı – Neymara görə

12:22   Balayevin komandasında yeni futbolçu

12:00   Milli komandada baş məşqçi istefası

11:40   Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

11:30   “Qarabağ” “Linfild” səfərində - YENİLƏNİR

11:20   “Sumqayıt” - “Səbail” matçı ilə bağlı dəyişiklik

11:00   Millimizin üzvü “Sabah”da - RƏSMİ 

10:30   “Qalatasaray”dan PSV-yə - RƏSMİ

10:00   “Çelsi”nin futbolçusu rəsmən “Roma”da

09:30   Əliyevin komandası 1/16 finalda

09:00   Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az