(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
"Topaz": "Uotford”un 30 ildir axtardığı sensasiya

"Topaz": "Uotford”un 30 ildir axtardığı sensasiya

Avropanın top-liqalarından İngiltərə və Fransada bu dəfə turlar arası fasilə çox qısa çəkdi. 2 gün əvvəl - həftəsonu oynayan ingilis və fransız klubları bu gün-sabah daxili çempionatda növbəti matçlarına çıxacaq. Premyer Liqada bu gecə 4, Liqa-1-də isə 3 qarşılaşma var.

İngiltərə çempionatının lideri "Mançester Siti" 15-ci turda səfərdə "Uotford"un qonağı olacaq. Son 4 turda qələbəyə həsrət qalan, hazırda 10-cu pillədə qərarlaşan "Uotford"un Pep Qvardiolanın "məğlubedilməz armadası"ndan xal qoparacağı real görünmür. "Mançester Siti"ni sonuncu dəfə 1989-cu ildə məğlub edən uotfordlular 30 ildir həmin uğuru təkrarlaya bilmir. "Siti"nin heyətində De Bruyne, Aquero, Manqala, Mendi, Zinçenko kimi oyunçular zədə səbəbindən matçı buraxsalar da, bukmekerlər qarşılaşmanın aşkar favoriti kimi mançesterliləri göstərir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "Uotford" - "Mançester Siti" görüşünə həm canlı, həm də "təkli" mərc qəbul olunur. "Uotford"un qələbəsi 7.45, heç-heçə 4.70, "Mançester Siti"nin qələbəsi isə 1.25 əmsalla dəyərləndirilir.

Premyer Liqada gecənin digər oyunlarından "Bornmut" - "Haddersfild" matçı da maraqlı mübarizə vəd edir. 9-cu sırada qərarlaşan "Bornmut" ardıcıl 4 oyundur meydanı qələbəsiz tərk edir. Bu komandanın keçirdiyi son 6 matçın hamısı "üst" bitib. Autsayderlər qrupunda - 17-ci yerdə mövqe tutan "Haddersfild"lə dueldə "qara-qırmızılar" 4 turluq qələbəsizlik seriyasına son verməyə çalışacaq. Autsayder axşam sürpriz edərsə, bu, "Haddersfild"in son 11 ildə "Bornmut"un meydanında ilk qələbəsi olacaq. "Topaz" bu matçı canlı mərcə çıxarmaqla yanaşı, həm də müştərilərinə "təkli" mərc fürsəti verir. Əmsallar: "Bornmut"un qələbəsi 1.60, heç-heçə 3.35, "Haddersfild"in qələbəsi 4.50.

Fransa liqasındakı 3 oyundan ikisi prinsipial əhəmiyyət daşıyır. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən "Monako" turnir cədvəlində qonşusu "Amyen"in qonağı olacaq. 15 oyunda cəmi 10 xal yığan "knyazlıq klubu" 19-cı yerdə, "Amyen" isə bir sıra yuxarıda qərarlaşıb. Əfsanəvi futbolçu Tyeri Anrinin baş məşqçi postuna gətirilməsi də hələ ki, "Monako"ya kömək etmir. Komandanın əsas heyət oyunçularının yarısı zədəlidir. Bununla belə, "Monako" heç olmasa xalını özündən əvvəlki komandalarla bərabərləşdirmək üçün bu axşam qalib gəlməyə borcludur. "Topaz"ın bu matç üçün təklif etdiyi əmsallar: "Amyen"in qələbəsi 2.65, heç-heçə 2.95, "Monako"nun qələbəsi 2.30.

Digər görüşdə isə liderlər qrupunun komandaları üz-üzə gələcək. "Stad de Mosson"da 2-ci sıradakı "Monpelye" 4-cü pillədəki "Lill" klubunu qəbul edəcək. "Lill" kubok oyunu da daxil olmaqla düz 5 matçdır qələbə qazana bilmir. Bu axşam bunu bacarsalar, 2-ci yeri "Monpelye"nin əlindən alacaqlar. Tərəflərin Monpelyedə keçirilən son 4 duelinin "üst" bitməsi də maraqlı statistik faktlardandır. "Topaz"da canlı və "təkli" mərc edə biləcəyiniz bu görüşün əmsalları belədir: "Monpelye"nin qələbəsi 2.15, heç-heçə 2.80, "Lill"in qələbəsi 3.

Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 74 oyun təklif edir. Onlardan 47-sinə canlı, 15-nə isə həm canlı, həm "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.


 
tarix: 04-12-2018 11:24


 
Xəbər lenti
24.08.2019

22:00   “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00   “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51   Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37   “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56   “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23   Bundesliqada yeni rekordçu

19:51   Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11   Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39   Vensan Kompaniyə daha bir zərbə

17:36   “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10   “Dinamo”dan Şeydayevsiz qələbə

15:11   “Sumqayıt”la oyuna 4 itki ilə

15:01   “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21   “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47   Millimizin heyəti açıqlandı

12:49   Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59   İsrafilovsuz qələbə

11:03   UEFA “Qarabağ”ı cərimələdi

09:47   "Neftçi"nin legioneri Hindistan klubunda

09:21   “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14   Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00   Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi: "Məni bağışlayın"

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az