(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Tuman altında gizlədilən problemlər

Tuman altında gizlədilən problemlər

Klublar Komitəsinin 2018-dəki son iclası da arxada qaldı. Gündəliklə tanış olanda necə gülmüşdüksə, müzakirələr haqda sabiq sədrin açıqlamalarından sonra da dodağımız qaçdı. Qlobal məsələlər yaddan çıxmışdı, qondarma qurum hakimlərin geydiyi tumanın rəngini müzakirəyə çıxarmışdı.

AFFA-nın baş katib Elxan Məmmədovun çıxışı gündəliyin ilk məsələsi idi. Sabiq sədr Kamran Quliyev onun nədən danışması haqda məlumat vermədi, biz də soruşmadıq. Yəqin ki, ümumi çıxış edib, bütün məsələlərə münasibət bildirib. Güman ki, FIFA-dan, UEFA-dan sitatlar gətirərək, klub nümayəndələrini müsbət rəy verməyə istiqamətləndirib.

AFFA Lisenziyalaşdırma Departamentinin rəisi Sərxan Hacıyev və əməkdaşı Bəhram Dadaşovun iclasda iştirakı gündəlikdəki 2-ci məsələ ilə bağlı idi. Növbəti mövsümdən klublar maliyyə hesabatlarını özlərinin və ya AFFA-nın rəsmi saytı vasitəsilə açıqlamalıdırlar. Bu, lisenziyalaşdırma prosedurunun A meyarıdır və mütləq yerinə yetirilməlidir.

Zənnimizcə, bu məsələnin KK-da müzakirəsinə ehtiyac yoxdu. Bu barədə klublara məktub göndərilməli, eyni zamanda lisenziya tələblərində göstərilməlidi. Əsas məsələ tələbə necə əməl olunacağıdı. İkili müqavilələr, vergidən yayınmalar – görəsən, hər şey şəffaf olacaqmı? Məmnuniyyətlə maliyyə hesabatlarını gözləyəcəyik.

Müzakirəyə çıxarılan digər - çempionat oyunlarının başlama saatı ilə bağlı məsələ də komitəlik deyil. Bu məsələ PFL və yayımçı şirkət olan “CBC Sport”un rəsmilərinin görüşündə müzakirə olunmalıydı. Bazar günləri baş tutan oyunların keçirilmə saatlarının 15:00 və ya 16:00-a, həftənin digər günlərində isə oyunların axşam saatlarına - 19:00, 20:00 və ya 21:00-da təyin edilməsi barədə təklif maraqlıdı, qarşılıqlı razılıqla həll edilə bilər. Amma məsələnin bu səviyyədə həll olunmasının səbəbi “CBC Sport”un dilinin qısalığıdı, onlar PFL-ə və ya klublara yayımçı kimi diqtə edə bilmirlər, Elxan Məmmədovun vasitəsi ilə işi yoluna qoymağa çalışırlar.

“CBC Sport”un boynubüküklüyünün səbəbi yayıma görə 3 ildi klublara ödəmədiyi pullardı. Hər mövsüm 700 min dollar iştirakçılar arasında bölüşdürülməlidi, telekanal isə indiyə qədər bir qəpik də ödəməyib. Hər kluba təqribən 300 min manat ödənməlidi, bu isə orta səviyyəli 3 legionerin bir illik maaşı deməkdi. Amma “CBC Sport” pul ödəmir, klubları isə AFFA-nın əli ilə ram etmək istəyir. Yayımladıqları xarici çempionatların oyunları ilə üst-üstə düşməmək üçün Premyer Liqa matçlarını günorta saatlarına çəkirlər.

Klublar Komitəsi həqiqətən klubların hüquqlarının müdafiəçisidisə, iclasa “CBC Sport” rəhbərliyi çağırılmalı, onlardan niyə öhdəliklərini yerinə yetirməməyin hesabatı soruşulmalıydı. Gedişat isə göstərir ki, qurum klubların yox, telekanalın yanındadı. Yalandan azarkeşləri düşündüklərini deməklə deyil ki.

Bu barədə sualımıza Quliyev də cavab verə bilmədi: “İclasda bu mövzuya toxunulmadı. "CBC Sport"dan başqa şey, yayım vaxtlarının təkmilləşməsini istədik. Bu gün klubları başqa məsələlər maraqlandırır. Orda kimisə müdafiə etməyə ehtiyac da yoxdu. Çünki bütün klubların söz haqqı eynidi. "CBC Sport"la klublar arasında olan məsələlər hələlik həllini tapmayıb. Hamı istəyər ki, klub əlavə gəlir əldə etsin. "CBC Sport"un hazırda bizə verə biləcəyi əsas xeyir yayımdı. Bu yayım da olmasaydı, Premyer Liqanın imici daha da aşağı düşərdi. Deyə biləcəyim bu qədər”.

Sabiq sədrin çıxışından, üz mimikalarından aydın hiss olunurdu ki, suala cavab verə bilmir, haqlı olduğumuzu görür, lakin AFFA-nın pay sahibi olduğu telekanalı zərbə altında qoymamağa çalışır. Elə çempionatın sponsoru olan “Topaz”ın AFFA-ya ödədiyi, amma klublara paylanmayan pullar barədə danışarkən də Quliyev mövzudan yayınmağa çalışdı. Halbuki klublar ciddi narazıdı. Məsələn, “Qarabağ” 3 turdu oynadığı Respublika stadionunda “Topaz” banerlərini yerləşdirməyib. AFFA kluba ödəniş etmədiyi üçün onlardan nəsə tələb də edə bilmir. Ara yerdə sponsor şirkətin reklam üçün ayırdığı pullar havaya sovrulur, kiminsə cibinə gedir.

Gündəlikdəki digər məsələ də sadəcə, AFFA-nın müvafiq departamentində həllini tapması gərəkən məsələ idi. Amma KK bunu ümumi müzakirəyə çıxarmışdı: “AFFA-nın UEFA-ya üzv olduğunu və bu qurumun reqlamentlərini tanıyıb-qəbul etməsini nəzərə alaraq, Topaz Premyer Liqasının oyunlarında texniki skamyada əyləşən rəsmi şəxslərin sayının 7-dək artırılmasını və əsas komandanın təşkilati işləri funksiyasını icra edən baş menecerin həmin zonada əyləşməsinə icazə verilməsinin, əlavə oturacaqların sayının 8-dək artırılmasının, klubların əsas komandasının baş menecerlərinə (komandanın rəisi) lisenziyaların verilməsinin mümkünlüyünün müzakirəsi.

Bu məsələ PFL nümayəndəsi Aslan Şahgəldiyevin iştirakı ilə baş tutmalı idi. Lakin Aslan bəy vacib səfərə çıxdığından onu qurumun digər rəsmisi Məlik Həsənov əvəz etmişdi. İstənilən halda, bu tövsiyəni məqbul saymaq olar. Bu mövsüm Premyer Liqada və I divizionda texniki səhvlərin çoxluğunu və texniki məğlubiyyətlərin sıralandığını nəzərə alsaq, bəlkə də ən ciddi mövzu elə bu idi. Yəqin ki, PFL heç gələn mövsümü gözləməyəcək, qışda müsbət rəyini bildirəcək.

Hamını gülməyə məcbur edən Stuxlikin iclasa dəvətedilmə səbəbi idi. Gündəlikdə daha uyğun cümlələrdən istifadə edilə bilərdi, amma...
...Hakimlərin üst geyimi kimi alt geyimlərinin (şort) də eyni rəngdə olmasını təmin etmək məqsədilə AFFA Hakimlər Komitəsinə müraciət etmək.

Əvvəla, müvafiq komitənin adı dəqiq yazılmamışdı. Eyni zamanda tuman rənginin KK-da müzakirəsinə nə gərək var? Standartlar müəyyən edilməli, hakimlər uyğun formalarla təmin edilməlidi, vəssalam.

Ondansa Stuxlikdən ölkəmizdəki fəaliyyət müddətinin hesabatı istənərdi və çoxalan hakim səhvlərinin səbəbi soruşulardı. Yalnız belə olduqda komitənin klubların maraqlarını düşündüyünü görərdik. Yoxsa tumanı başa çəkməklə əsas məsələləri yaddan çıxarmağa nə lüzum vardı? Quliyev suala cavab verərkən səhvlərini “bu məsələyə yarım dəqiqə də sərf olunmadı” deməklə boyunlarına aldı.

Tədbirdə bir sıra digər məsələlər də müzakirə olunub. Yeni sədr seçkisi məsləhət bilinməyib, komitə katiblik üsul-idarəsinə keçib.

Stuxlikin təklifi isə daha çox Elxan Məmmədovdan gəlmə sifarişə oxşayır. Görünür, baş katib yeni biznes tərəfdaşları tapıb və alverinin miqyasını böyütmək niyyətindədi. Avstriyalı sədr VAR sisteminin tətbiqini istəyib. Halbuki hazırda ölkəmizdə buna ciddi tələbat yoxdu, hakimlər qərəzli olmasınlar, kifayətdi. Futbolumuzun, çempionatımızın indiki səviyyəsizliyi şəraitində milyonlar xərcləmək lazım deyil. VAR yaxşı sistemdi, amma indi tətbiqi bahalı və çətindi.

Protokolların doldurulmasında elektron qaydaya keçilməsi təklifini alqışlamalıyıq. Bütün dünya kağız protokollardan çoxdan imtina edib, biz isə hətta gecikmişik. Klubların bu təşəbbüsü alqışlanmalıdı, amma keçiriləcək tenderlə bağlı ictimaiyyət öncədən məlumatlanmalıdı, şəffaf olmalıdı, hansısa dostun şirkətinə pul qazandırmağa xidmət etməməlidi.

“Şort”, “rəngli tuman” kimi məsələlərlə doldurulan gündəliyin əsas bəndləri elə “digər məsələlər” bölümündə gizlədilirmiş. Kamran Quliyevin çıxışında buna əmin olduq. Sabiq sədr etiraf etdi ki, UEFA-dan klublara göndərilən yarım milyon avronu təkcə uşaq futboluna xərcləmək istəmirlər. Qitə futbol qurumu konkret istiqamət göstərsə də, bizimkilər onu başqa xərclərə yönəltmək niyyətindədilər: “AFFA-nın baş katibi Elxan Məmmədov da bunu gündəmə gətirmişdi ki, bu pullar uşaq futboluna ayırılsın. Əslində, UEFA bu pulu uşaq futbolunu nəzərə alaraq göndərir. Sirr deyil ki, klubun bəzi ehtiyaclarını qarşılamağa yönələcək rəqəmlər də olacaq. "Neftçi" olaraq biz hesabat vermişik və xarici mütəxəssis də dəvət etmişik. Hər il 1-2 aşağı yaş qrupu komandamız xaricdə təlim-məşq toplanışı keçir. Bu vəsait də tam yerinə düşdü. Etiraf edirik ki, klubun ümumi xərcləri üçün o vəsaitdən istifadə olunur. Amma tövsiyə olunub ki, onun mümkün qədər çoxu uşaq futboluna ayırılsın”.

Beləliklə, 3 saatlıq iclas yekunlaşdı. Başlayanda tuman rənginin müəyyənləşdirilməsinə gülürdüksə, yekunda məkrli planların işartılarını hiss etdiyimiz üçün acı təbəssümlə kifayətləndik. Qondarma komitələr elə bunun üçün lazımdı. Elxan Məmmədov arzularını belə komitələrin vasitəsi ilə, klubların boynuna qoyaraq, onların arzusuymuş kimi təqdim etməklə reallaşdırır.

CAVAD


 
tarix: 04-12-2018 16:37


 
Xəbər lenti
26.06.2019

19:45   “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33   İtaliya millisində baş məşqçi ayrılığı

18:00   “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30   “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00   “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40   Paytaxt klubunda yeni təyinat

16:21   “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00   “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40   “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20   “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00   “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40   Aftandil Hacıyevdən darmadağına şərh

14:20   “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

08:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az