(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə” üsyan edir: “Bu qərar təsisçilərə də qaranlıq qaldı”

“Zirə” üsyan edir: “Bu qərar təsisçilərə də qaranlıq qaldı”

Dünən AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin əvəzedicilərindən ibarət komandası tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb. “Qartallar”ın istəyi rədd edilib.
 
Futbolinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin 13 noyabr 2018-ci il il tarixli, Azərbaycan Birinci Divizionunun 10-cu turu çərçivəsində  keçirilən “Turan Tovuz" - "Zirə-2” oyunu başlamazdan əvvəl “Zirə-2” tərəfindən futbolçuların lisenziyaları hakimə təqdim edilmədiyinə görə komandaya 0:3 hesabı ilə məğlubiyyət verilməsi və klubun 80 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
 
Amma “Zirə” tərəfi narazıdı və onlara haqsızlıq olduğunu düşünür. Klub prezidenti Natiq İsmayılovun saytımıza müsahibəsindən də bunu hiss edəcəksiz.
 
- Şikayətinizin rədd edilməsinə münasibətiniz maraqlıdı…
- AFFA-nın dünənki qərarı çox müəmmalıdı. Ortada çox qəribə və bir o qədər də təəccüblü vəziyyət var. Hələ də başa düşə bilmirik ki, bu qərarı niyə veriblər.
 
- Ümumiyyətlə, hadisə necə olub?
- Oyundan bir gün əvvəl əsas komandanın futbolçularının lisenziyaları olan maşın Yol Polisi Xidməti tərəfindən saxlanılıb və cərimə meydançasına aparılıb. Murad Musayev, Tapdıq Əhmədov və Əmrah Bayramov tez-tez əsas komanda ilə məşq etdiyindən onların da lisenziyaları maşında idi. Bizə əməkdaşımızın saxlanılması xəbəri Tovuz səfərindən 1 gün əvvəl, axşam verilib. İş vaxtı başa çatdığından çoxsaylı cəhdlərimizə baxmayaraq, polis əməkdaşları bizə maşından nəyisə ancaq sabah günorta saatlarında götürə biləcəyimizi bildiriblər. Komanda isə səhər saat 06:00-da Tovuza yola düşməli idi. Belə olan halda lisenziyaları oyuna çatdırmaq qeyri-mümkün idi. Ona görə də biz dərhal PFL-lə əlaqə saxlayıb, vəziyyəti başa saldıq və belə olan halda bu futbolçuların meydana çıxa bilib-bilməyəcəyini soruşduq. Çempionatı keçirən qurum bizə razılıq verdikdən sonra futbolçuları Tovuza göndərdik. Əgər qurumdan bizə mənfi cavab gəlsəydi, bu futbolçuları səfərə göndərməzdik. PFL-in baş direktoru Məlik Həsənovun oyundan əvvəl hakimlərlə əlaqə saxlayıb razılıq verməsindən sonra referi futbolçuların meydana çıxmasına icazə verib. Bundan başqa, hakimlərə futbolçuların lisenziyasının və AFFA-nın bazasında olan məlumatların da şəklini çəkib elektron versiyada göndərdik. Bundan sonra hakimlər futbolçuların start heyətində meydana çıxmağına icazə verib, hətta oyunun yekun protokolunda da məhz bunlar qeyd olunub. Hər halda, bu futbolçular meydana start heyətində çıxıbsa, demək ki, bu, özbaşına deyil. Amma nədənsə AFFA haqqımızda bu cür qərar çıxardı.
 
- Qərardan apellyasiya şikayəti versəniz də, bu, təmin olunmadı.
- Bəli, etirazımızı bildirdik. İclas keçirildi. İclasda klubumuzun 2 üzvü, PFL-in əməkdaşları da iştirak edib, dinlənilib. Burada komitə üzvlərinə baş vermiş vəziyyət izah edilib. Hətta onlara rəsmi sənəd də təqdim ediblər. Komitə üzvü Arif Fərəcov təqdim olunan sənədi oxuyaraq, üzünü rəhbərləri Ziya Babayevə tutaraq “bu, artıq sübutdu, biz bunun qarşısında heç nə deyə bilmərik” deyib. Daha sonra PFL əməkdaşları da dinlənilib və onlar da vəziyyəti izah ediblər. İclas başa çatanda artıq saat 20:00 olardı və iş vaxtı çoxdan başa çatmışdı. Amma daha sonra bizə dedilər ki, “Turan Tovuz” şikayət edib və qərara yenidən baxılacaq. Maraqlıdı ki, gecənin bir aləmində Tovuz tərəfindən kim şikayət edib və iş vaxtı başa çatdığı halda bu məktuba kim baxıb, rəy verib? Ümumiyyətlə, bundan sonra da araşdırdıq və məlum oldu ki, bu cür hallar çox yaşanıb. Konkret hansı qarşılaşmalar da olduğunu bilirik, sadəcə, etika xatirinə bunu mətbuata çıxarmaq istəmirik. Eyni hal hətta Tovuz klubunun da başına gəlib. Amma maraqlıdı ki, texniki məğlubiyyət ancaq bizə verilib.
 
- Bu məsələ ilə bağlı klubun təsisiçilərinin mövqeyi nədi?
- Təsisçilər hər şeyi, eləcə də bu məsələni yaxından diqqətdə saxlayır. Bu qərar onlara da qaranlıq qaldı və çox təəssüfləndirdi.
 
FƏRİD
 

 
tarix: 04-12-2018 17:34


 
Xəbər lenti
19.02.2019

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az