qaynar xətt
Davud Kərimi: “5-ci qolda səhvim var idi”
“Keşlə”nin qapıçısı Davud Kəriminin futbolinfo.az saytına müsahibəsi:
- “Qarabağ”a böyükhesablı məğlubiyyəti necə analiz edərdin?
- Bu məğlubiyyəti sırf şanssızlıqla əlaqələndirərdim. Bilirdik ki, mütləq xal qazanmalıyıq. “Zirə” bizi üstələmişdi və ona görə də qalib gəlməliydik. 1:2-dən sonra komanda istədi ki, hesabı bərabləşdirsin, irəli atılsın və sonucda böyükhesablı məğlubiyyət alındı.
- 5 qol buraxmağınızı şanssızlıqla əlaqələndirirsən?
- Demək istəyirəm ki, 1:2-dən sonra irəli atılmaq bizə baha başa gəldi. Məcbur idik ki, hücum edək. 1:3-dən sonra bir az da irəli getdik. Nəticə də belə oldu.
- Razısan ki, “Keşlə” qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi?
- Bizim həmişə qol imkanlarımız olub. Özü də bəzi matçlarda rəqiblərdən çox qol imkanları yaratmışıq. Amma sonda nəticə bizi sarsıdıb. Çünki əsas olan işi edə bilmirik. Qollar vurmaqda çətinlik çəkirik. Tərlan Əhmədovu hamı tanıyır. Hamımız bilirik ki, getdiyi bütün komandalarda döyüşkən kollektiv yaradıb. Çətin komandaları, pis vəziyyətdə olanları dirçəltməyi bacarıb. Bizə vaxt lazımdı. Ona da vaxt lazımdı ki, öz taktikasını komandaya aşılaya bilsin.
- Tərlan Əhmədovun gəlişindən sonra komanda bir az özünə gəldi və qələbə də qazandı. İndi 1:5 hesablı məğlubiyyət psixoloji olaraq pis təsir etməyəcək?
- Buna inanmıram. Düşünmürəm ki, bir məğlubiyyət komandanı “sındırsın”. Qarşıda “Şüvəlan”la kubok oyunu və əsas rəqiblərimizdən olan “Sabah”la matçımız var. Dünəndən artıq bu komandalarla oyunları düşünüb məşqlərdə hazırlaşırıq.
- Qollarda səhvlərinin olduğunu düşünürsən?
- 5-ci qolda səhv etdiyimi düşünürəm. Orda mövqeyim düz deyildi və nəticədə 5-ci qol vuruldu.
- Kamran Ağayevin zədələnməsi sənə kömək etdi?
- Kamranın zədələnməsi elə vaxtda düşdü ki, böyük itki vermişdim. Amma bunu bəhanə gətirmirəm və deyə bilərəm ki, bütün oyunlarda canımı qoymuşam. Komanda üçün əlimdən gələnin artığını etməyə çalışmışam.
- Ağayevin adı ətrafında yaranan söz-söhbətlər sizə də təsir etdimi?
- Kim nə deyir desin, amma mən öz gözümlə gördüm ki, Kamranın zədəsi var və dizlə topuq arasında əzik var idi. Bu, komandaya təsir etməsə də, Kamrana pis təsir edir. Çünki mən onu tanıyandan bilirəm ki, heç vaxt millidə oynamaqdan qaçmaz. Söhbət adi futbolçudan deyil, milli üçün canını qoymuş bir nömrədən gedir.
- Sabah kubok oyununuz var və sizə qarşı heç bir şansı olmayan “Şüvəlan”la qarşılaşacaqsız.
- Onlara hörmətlə yanaşırıq. Çünki dəfələrlə şahidi olmuşuq ki, belə komandalara yuxarıdan aşağı baxmaq baha başa gəlib. “Şüvəlan” döyüşkən kollektivdi və axıra kimi mübarizə aparır. Özlərini göstərməyə çalışacaqlar. Biz də təbii ki, kubokun son qalibi kimi adımızı qoruyub saxlamağa çalışacağıq. Bilirik ki, avrokuboklara ən yaxın yol kubokdan keçir.
CAVAD
09:20 “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO
09:00 Klublar Komitəsinin sədri kim olsun?
02:12 PSJ 3 xalı 5 qolla qazandı
01:57 MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu
23:03 Avroliqada ilk 1/8 finalçı bəlli oldu
19:56 “Qarabağ” “Sabah” üçün hazırlığa başladı
18:33 Emil Balayevdən inamlı oyun - VİDEO
18:16 “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu
18:08 Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib
17:53 “Sumqayıt”ın üzrxahlığı
17:01 Klublar Komitəsinin iclasının vaxtı açıqlandı
16:41 “İkinci hissədə bir qədər arxayınlaşdıq”
16:11 “Kəpəz”ə gedən yol” təqdim olundu
15:55 Maluda rəsmən İsveçrə klubunda
15:16 Kumanın yeni iş yeri məlum oldu
14:48 “Yuventus”da ciddi itki
13:46 Messi İnyestaya çatdı
13:24 Lisenziyalaşdırma qrupu UEFA seminarında
13:09 Millimizin rəqibi üçün Trinidad Tobaqo
12:42 Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”
12:21 Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”
12:01 “Hələ də şansımız qalır”
11:54 Kovaç heç-heçədən məmnundu
11:47 “Rubin” Balayevə qol vura bilmədi
11:37 Valverde azarkeşlərdən dəstək gözləyir
11:29 Klopp nəticədən razı deyil
11:15 “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi
11:00 Millimiz Avropa çempionatının sonuncu səbətində
10:48 Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”
10:43 Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı
10:32 Riberi 100-ə çatdı
10:26 Suares sonuncu dəfə 2015-də qol vurub
10:17 “Yuventus” hücumçusunu satdı
10:03 Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?