(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Elxan Məmmədovun gizli biznesi?

Elxan Məmmədovun gizli biznesi?

AFFA təşviş içindədi.
 
Özəlliklə Elxan Məmməvdov və yaxın ətafı.
 
İzlərinə düşmüşük. Olduqca böyük, amma gizli biznesləri ilə bağlı aylardı apardığımız araşdırma ortalığa yetərincə ciddi faktlar çıxarıb.
 
Bununla barışa, sakit otura bilmirlər. Çünki yürütdükləri biznesin, başqa sözlə, iri pul kütləsinin əllərindən çıxmasından əndişə keçirirlər. 

Hələ biz qədər dərinə gedən, sirli monpolistlərin yuvasına çubuq uzadan olmamışdı. Təhlükəli reyd etməyimizin fərqindəyik.
 
Əslində, yuxusunu qarışdırdığımız şəxslər də boş oturmur və göstərirlər ki, fakitlar qarşısında etirafdan necə qorxurlar. 

Əlaltından əlaltılarına göstəriş veriblər: diqqəti yayındırın, ictimaiyyətin heyrət və ikrah dolu tərs baxışlarını üzümüzdən çəkin.
 
Təəssüf ki, bu kampaniyaya bəzi media orqanları qoşulub. İstər burda, istərsə də sosial şəbəkədə əks-təbliğat aparırlar. Ki, guya, Elxan Məmmədovun bu işə qarışacağı, hər hansı əlaqəsi, bağlantısı yoxdu, texniki təhcizat üzrə ixtsaslaşmış «Kitpro» şirkətini heç tanımır.
 
Bilirik ki, əslində, bu tip yazılar AFFA-nın özündə hazırlanır və redaktə-korrektə olunandan sonra mətbuata ötürülür.
 
Bunda vasitəçi olan(lar)ı da tanıyırıq. Sadəcə, bizim üçün personası ciddiyyət təşkil etmədiyindən, onun üzərində dayanmırıq. Cəhənnəm olsun, qoy!

«Kitpro»nu yaradan Murad Nağıyevə bu yazılardan sonra Bakıdan xeyli zənglərin getməsindən xəbərdarıq. 2007-ci ildən Londonda yaşayan iş adamı yaxın günlərdə Azərbaycana gəlməlidi.
 
Güman ki, o, AFFA-dan olan şərikləri ilə üzbəüz əyləşəcək və irərismiqyaslı maliyyə fırıldağı ilə bağlı aralarında yaranmış mübahisəni davam etdirəcək, aydınlaşdırmağa çalışacaqlar.

O dəqiqdi ki, Elxan Məmmədov keçmiş tərəf müqabilini bağışlamağa hazırlaşmır. Heç şübhəsiz, Murad Nağıyev futboldan tanıdığı yeganə şəxsdi ki, baş katibi, necə lazımdı, barmağına dolayıb, xidmətindən və köməyindən yararlanıb, qarşılığında isə atıb.
 
Məmmədov bu şirkətin bazara girməsindən və AFFA-ya yaxınlığı ilə bilinən klublarla sövdələşməyə getməsindən əldə olunan vəsaitdən özünə düşən payı – faizi qədər almayıb. «London Murad» necə fırıldaq işlədibsə, baş katibin özü çıxılmaz vəziyyətdə qalıb. 

Daha bir faktı qeyd edək: Bakı Olimpiya Stadionunda mənzillənmiş «Kitpro» dövlət orqanlarının AFFA-ya yaratdığı münbit şəraitdən və güzəştlərdən yararlanıb.
 
Belə ki, şirkətə məxsus mallar federasiyanın xətti ilə Dövlət Gömrük Xidmətindən keçirilib. Yəni, «Kitpro» bu məhsullara görə rüsum ödəməyib.
 
Elxan Məmmədovun «Kitpro» ilə işbirliyi yoxdusa, onun nə marağındadı ki, şirkətin malını AFFA-nın adından sifariş etsin və gətirsin?
 
Bu, müstəqil, federasiya ilə əlaqəsiz şirkətdisə, baş katibə nə düşüb ki, Gömrük Komitəsinə ünvanladığı məktubda «Kitpro»nun brendlərinin adını qeyd eləsin? 

Dəyərli Elxan bəy acından günorta duran deyil və heç vaxt də olmayıb. O, sadəcə, pulgir və xəsisdi. Əskinasa dəhşətli dərəcədə sevgi hissi ilə yanaşır və yumurtadan yun qırxmağın marketoloji yollarını vaxtında super əzbərləyib. 

Xaricdən gətirilən malın Azərbaycan ərazisinə rüsumsuz daxil olması normalda qiymətlərə də təsir edir. Amma normalda…
 
«Kitpro» isə normal şirkət deyil, monopolist şirkətdi və AFFA vasitəsilə SOCAR-dan maliyyələşən, eyni zamanda, başqa klublara öz məhsullarını bazar realığından da baha qiymətə satıb.
 
Nə istəyir, alsın və satsın – öz işləridi. Amma bu malın keyfiyyəti də ödənilən məbləğə uyğun olmalıdı.
 
Baş katibə arxalanan «Kitpro» buna da riayət etməyib. 5 brendə (»Nike», «Puma», «Macron», «Givova, «Joma») aid ən ucuz və keyfiyyətsiz geyim dəstlərini məcburi müştərilərə sırıyıblar.
 
Dostlar, biz Azərbaycanda yaşayırıq və bu ölkəmizin futbol həyatına, iç proseslərinə, kluarlarda gedən proseslərə yaxından bələdik. Həmçinin yaraşıqlı baş katibin özünə və əməllərinə.
 
Ona görə də araşdırmalarımıza ara vermirik və əminik ki, qarşıdakı günlərdə oxucularımızı daha ilginc məlumatlarla tanış edəcəyik. (sportinfo.az)

 
tarix: 06-12-2018 11:26


 
Xəbər lenti
26.03.2019

16:12   Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54   “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20   Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53   Kapitandan rekord

14:31   Atipik futbol - VİDEO

14:15   “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47   Sulşerin təyinatı təsdiqlənəcək

13:25   Milyon avroluq heç-heçə

13:18   Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00   Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18   Bir yalanın izi ilə

12:11   Düzələcək?

12:01   231-ci futbolçu

11:53   Eddi üçün “yaxşı oğlan”

11:44   Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32   Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23   Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12   Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00   Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47   Aqolli rəsmən ABŞ klubunda

10:31   “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00   Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30   İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

09:00   Millimiz Rumıniya ilə üz-üzə - YENİLƏNİR

08:30   İspaniya Maltaya, İtaliya Lixtenşteynə qarşı - YENİLƏNİR

02:53   Uruqvaydan darmadağın, Çin uduzdu

01:48   Fransa və Türkiyədən darmadağın

00:30   Azərbaycan millisi Litva ilə də bacarmadı - VİDEO

00:03   Koçuk ehtiyatda qaldı, Moldova Türkiyədə 4 qola üzüldü - VİDEO

25.03.2019

20:58  Yurçeviç: “Komanda qələbə qazanmaq üçün hər şeyi etdi”

20:27  Valdas Urbonas: “Heç-heçədən razı qaldım”

20:02  Sənan Qurbanov: “Fasilə işimizə yaradı”

19:51  Azərbaycan Litva ilə heç-heçəyə razılaşdı

17:55  “Qəbələ” “Sumqayıt”a qalib gəldi

17:11  “Neftçi”nin futbolçuları millidə növbəti oyunlarını keçirib

16:09  “Qarabağ” Jezniçakı itirdi

15:41  Premyer Liqa klubu yeni arenasına qovuşdu

15:14  Şeydayevə Orenburqda dəstək

15:01  Litva ilə oyun üçün: Yurçeviç 4 dəyişiklik etdi

14:45  Azarkeşlər AFFA-nı istefaya çağıracaq - millinin oyununda

14:23  Afrika Millətlər Kubokunun bütün iştirakçıları məlum oldu

13:29  “Qarabağ” - “Zirə” matçında 3 qol - VİDEO

12:00  Belçikadan səfərdə inamlı qələbə - VİDEO

11:48  AÇ-2020-nin talismanı təqdim olundu - “Skilzi”

11:41  "Bütün rəqiblər bizə qarşı 200 faiz güc qoyur"

11:30  Xorvatiya Macarıstana belə uduzdu - VİDEO

11:24  Şmeyxellə Kompani

11:00  Almaniyanın Hollandiya zəfəri - VİDEO

10:30  Uels Slovakiyanı tək qolla yendi - VİDEO

10:21  “Azərbaycanı məğlub etməsək...”

10:14  Luka Modriç: “İlk xəbərdarlığı Azərbaycandan almışdıq”

10:00  Abasovdan Yurçeviçə Fofana atmacası: “Əsas odu AFFA-da razı qalıblar”

09:37  İsrail – Avstriya matçında 6 qol - VİDEO

09:30  Rusiyadan Qazaxıstana 4 cavabsız qol - VİDEO

09:15  Qana yığmasının hücumçusu "Sabah"da

02:31  Əliyar Ağayevin oyununda 2 qol, 5 “sarı” - VİDEO

01:50  Hollandiya Almaniyaya, Xorvatiya Macarıstana uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az