(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Hakim mənə artıq 1 sarı vərəqə göstərdiyini unutmuşdu”

“Hakim mənə artıq 1 sarı vərəqə göstərdiyini unutmuşdu”

“Zirə”nin futbolçusu Bilal Həmdinin futbolinfo.az saytına müsahibəsi:

- “Qəbələ” ilə səfər oyununda 1 xalı özünüz üçün yaxşı nəticə sayırsız?
- Düşünmürəm ki, bu 1 xal yaxşıdı. Baxmayaraq ki, səfərdə oynayırdıq, amma biz qələbəyə layiq idi. Oyuna baxdınızsa, görərsiniz ki, matça bütün nəzarət bizim əlimizdə idi. Rəqib qapımız qarşısında heç bir təhlükəli vəziyyət yaratmadır. Amma istənilən halda 1 xal heç olmamasından yaxşıdı. 

- Matçın 2 gün ərzində keçirilməsi sizə nə qədər təsir etdi?
- Əlbəttə ki, bu, matça təsir etdi. Çünki hakim matçın gününün dəyişdirilməsinə görə unutmuşdu ki, mənim 1 sarı vərəqəm var. Ona görə də ikinci hissənin əvvəlində mənə ikinci sarı vərəqəni göstərdi. 

- Qırmızı vərəqə ilə razı deyilsən?
- Epizod olandan sonra heç ikinci sarı vərəqə haqqında düşünmədim. Fikrimcə, orda vərəqəlik epizod mümkün deyildi. Amma hakim səhv etdi və mənə ikinci sarını verdi. Fikrimcə, referi özü də səhv etdiyini bilirdi. Artıq hər şey bitib və hər kəsin səhv etməyə haqqı var. 

- Çempionatın ilk yarısı başa çatdı…
- Biz çox çətin bir ilk yarı keçirdik. Amma inkişaf etdik. Topu özümüzdə daha çox saxlamağı bacaran bir komandaya çevrildik. Mübarizə əzmimizi artırdıq. Əminəm ki, ikinci yarıda bundan çox yaxşı “Zirə” izləyəcəksiz. 

- Səncə, “Zirə”nin dəyişməsi üçün nə qədər yeni futbolçuya ehtiyac var?
- Gün keçdikcə biz Samir Abasov istədiklərini yerinə yetirməyə daha yaxın oluruq. Siz son 2 ayı müqayisə etsəz, fərqi görəcəksiz. Bilmirəm ki, komandaya nə qədər yeni futbolçu gələcək və ya lazımdı. Bunu baş məşqçi bilər. 

- Samir Abasov dəfələrlə futbolçulardan narazılıq edib. Görünən odu ki, heyətdə dəyişikliklər edəcək. Səncə, burada qala biləcəksən?
- Mənim yaya qədər müqaviləm var. 

- Avrokuboklara vəsiqə verən pillələrdən əlinizi üzmüsünüz, yoxsa şansınız var?
- Mövsümün ikinci yarısında çox şeyi dəyişməyimiz mümkündü. Düşünürəm ki, biz avrokuboklara vəsiqə qazana bilərik.

CAVAD

 


 
tarix: 06-12-2018 14:44


 
Xəbər lenti
19.06.2019

00:43   “Qarabağ” Avstriyaya çatdı

00:29   “Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18.06.2019

23:55  “Milan” Avroliqadan imtina edir

23:44  “Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

23:39  “Neftçi”nin şansı bizdən çox deyil”

23:20  UEFA “Neftçi”nin ilk oyununun yerini dəyişdi

22:37  Dəniz Yılmaz üçün yeni baş məşqçi

19:04  Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45  Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28  Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06  Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51  “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45  “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30  Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15  13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42  “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24  “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00  UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31  PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08  “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

14:43  “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26  “Qarabağ” Avstriyaya yola düşdü

14:04  Platini həbs olundu

13:47  Messi Fransa klubunda

13:29  Milli komandada ciddi itki

13:08  Nesta İtaliya klubunda

12:42  Nazim Süleymanov bu dəfə Buzovnada

12:29  “Qarabağ”ın oyununda 6 qol

12:08  Uelbeklə danışıqlar dayandırıldı

11:57  Çili millisi darmadağına sevindi

11:42  Poqbaya yeni təklif

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az