(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İAM “İlin qalibləri-2018” üçün namizədləri açıqladı

İAM “İlin qalibləri-2018” üçün namizədləri açıqladı

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri-2018" layihəsinin icrasına başlayıb.

Futbolinfo.az xəbər verir ki, ardıcıl 6-cı ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report" agentliyi, baş sponsoru "Topaz", sponsoru isə "İl`Azero" şirkətidir.

Əvvəlki layihələrlə müqayisədə bu dəfə nominasiyaların adları və tərkibində bəzi dəyişikliklər edilib. "İlin komandası" və "İlin idman jurnalisti" nominasiyaları siyahıdan çıxarılıb. "İlin baş məşqçisi" nominasiyası üzrə seçimlərin isə bütün növlər üzrə aparılması qərara alınıb.

Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında "İlin idman xadimi", "İlin idmançısı", "İlin əcnəbi idmançısı", "İlin futbolçusu", "İlin məşqçisi", "İlin idman yarışı" nominasiyaları üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən əlavə, özlərinin layiq bildikləri şəxsi də seçə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın 18-də Bakı Olimpiya Stadionunda mükafatlandırılacaq.

Namizədlər bunlardır (Əlifba sırası ilə):

I. İLİN İDMAN XADİMİ

1. Arif Rəhimov - Formula 1 üzrə Azərbaycan Qran Prisinin promouteri
2. Fərid Qayıbov - Avropa Gimnastika İttifaqının prezidenti
3. Mahir Məmmədov - Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti
4. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının prezident əvəzi
5. Sadıq Sadıqov - Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti
6. Sahib Ələkbərov - Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti
7. Yaşar Bəşirov - Azərbaycan Karate Federasiyasının prezidenti

II. İLİN İDMANÇISI

1. Eldəniz Əzizli (yunan-Roma güləşi) - Avropa və dünya çempionu
2. Hidayət Heydərov (cüdo) - Avropa çempionatının gümüş, dünya çempionatının bürünc medalçısı
3. İrina Zaretska (karate) - dünya çempionu və Avropa çempionatının gümüş medalçısı
4. Mariya Stadnik (qadın güləşi) - Avropa çempionu və dünya çempionatının gümüş medalçısı
5. Mixail Malkin (tamblinq) - Avropa çempionu
6. Şəhriyar Məmmədyarov (şahmatçı) - İddiaçılar Turnirində ikinci yerin sahibi
7. Turan Bayramov (sərbəst güləş) - Yeniyetmələr arasında olimpiya çempionu
8. Uşangi Kokauri (cüdo) - Dünya çempionatının gümüş mükafatçısı
9. Vüqar Talıbov (cüdo) - Yeniyetmələr arasında olimpiya çempionu
10. Yelizaveta Luzan (bədii gimnastika) - Yeniyetmələr arasında olimpiya çempionu

III. İLİN ƏCNƏBİ FUTBOLÇUSU

1. Aleksandr Dedov (Zirə") - moldovalı yarımmüdafiəçi
2. Baqali Dabo ("Qəbələ" / "Neftçi") - fransalı hücumçu
3. Denis Silva ("Keşlə") - braziliyalı müdafiəçi
4. Donald Gerrye ("Qarabağ") - haitili yarımmüdafiəçi
5. Miçel ("Qarabağ") - ispaniyalı yarımmüdafiəçi
6. Marko Deviç ("Sabah") - ukraynalı hücumçu

IV. İLİN FUTBOLÇUSU

1. Amil Yunanov ("Sumqayıt" / "Keşlə") - hücumçu
2. Cavid İmamverdiyev ("Sumqayıt" / "Sabah") - yarımmüdafiəçi
3. Emin Mahmudov ("Neftçi") - yarımmüdafiəçi
4. Maksim Medvedev ("Qarabağ") - müdafiəçi
5. Mahir Mədətov ("Qarabağ") - hücumçu
6. Mirabdulla Abbasov ("Neftçi") - hücumçu
7. Riçard Almeyda ("Qarabağ" - "Astana" Qazaxıstan) - yarımmüdafiəçi
8. Təmkin Xəlilzadə ("Qəbələ") - yarımmüdafiəçi

V. İLİN MƏŞQÇİSİ (bütün növlər üzrə)

1. Firdovsi Umudov - sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi
2. Qurban Qurbanov - Azərbaycan millisinin və "Qarabağ" klubunun baş məşqçisi
3. Rəhman Hətəmov - karate üzrə Azərbaycan millisinin baş məşqçisi
4. Roberto Bordin - "Neftçi" klubunun baş məşqçisi
5. Ruslan Maşurenko - Cüdo üzrə Azərbaycan milli komandasının məşqçisi
6. Şaban Donat - Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi
7. Vüqar Məmməd - Azərbaycanın U-19 millisinin baş məşqçisi

VI. İLİN İDMAN YARIŞI

1. "Bakı Marafonu-2018"
2. Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı
4. BMX üzrə dünya çempionatı
5. Cüdo üzrə dünya çempionatı
6. Formula 1 üzrə Azərbaycan Qran Prisi
7. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri.


 
tarix: 07-12-2018 15:06


 
Xəbər lenti
24.04.2019

19:04   Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34   “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53   “Səbail”in Essyeni sıradan çıxdı

17:28   “Ayaks”dan rekord göstərici

16:50   “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24   Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15   “Qarabağ” 6 aydan sonra...

16:02   90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40   Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16   Messi 100-ə çatdı

14:47   Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22   Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09   “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45   Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02   İtaliya klubu baş məşqçisini qovdu

12:37   “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05   Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29   “Barselona” oynamadan çempion ola bilər

11:06   Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40   “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11   Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51   Premyer Liqanın tarixinə keçən qol

09:30   Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00   Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az