(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Almeyda “Astana”da 10-luğa düşmədi

Almeyda “Astana”da 10-luğa düşmədi

Qazaxıstanın “Astana” klubu 2018-ci ilin ən yaxşı futbolçusunu seçib. 

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, jurnalistər arasında keçirilən sorğunun nəticələrinə əsasən çempion komandanın kapitanı, Qazaxıstan yığmasının da əsas qapıçısı olan milliləşdirilən serbiyalı legioner Nenad Eriç birinci olub.

Xorvatiyalı yarımmüdafiəçi Marin Tomasov ikinci, Baxtiyar Zaynutdinov isə üçüncü olub. "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Pedro Enrike 8-ci yeri tutub.

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda isə ilk 10-luğa düşə bilməyib.

Qeyd edək ki, bu yay "Qarabağ"dan "Astana"ya keçən Almeyda və Enrike paytaxt klubunda mövsümün 2-ci yarısından çıxış ediblər.


 
tarix: 07-12-2018 16:01


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az