(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sabah”ın futbolçusu: “Simulyasiyanı sevmirəm”

“Sabah”ın futbolçusu: “Simulyasiyanı sevmirəm”

“Sabah”ın braziliyalı müdafiəçisi Vanderson Silvanın futbolinfo.az saytına müsahibəsi:

- "Neftçi" ilə matçda uduzmağınızı necə şərh edərdin?
- Bilirdik ki, yüksək keyfiyyətlərə malik komandaya qarşı oynayacağıq. Bu səbəbdən çox ciddi hazırlaşmışdıq. Düşünürdük ki, belə komanda qarşısında xal qazanaq. "Neftçi"nin çox sürətıi futbolçuları var. Bunu da oyunda göstərdilər. Oyuna yaxşı başladıq. Bizim erkən qol vurmaq üçün şansımız oldu. Lakin avantaj əldə edə bilmədik. Əvəzində öz qapımızda qol gördük. Daha sonra çox futbolçu ilə hücuma atılıb top saxlamağa, qol şansı yaratmağa çalışdıq. Həm də rəqib qırmızı almışdı.

- "Qarabağ"la heç-heçədən sonra azarkeşlər evdə "Neftçi"dən də xal alacağınızı gözləyirdi...
- "Qarabağ"a qarşı yaxşı oyun keçirmişdik. Həmin matçda əks-hücumlara üstünlük verdik və ilk qolu biz vurduq. Avantaj qazandıq və sonra onlar hesabı bərabərləşdirdi. Çox sevinirik bir xal qazandıq. Bizim fikrimiz hər oyundan xal qazanmaqdı. Həm səfərdə, həm evdə yaxşı nəticə qazanmalıyıq. Böyük klublarla oyunda oyunun konsentrasiyasını 1 dəqiqə olsun belə əldən verməməlisən. Çünki ələ düşən kiçik imkanı bu komandalarda olan yüksək keyfiyyətli futbolçular qola çevirir. Hansı ki, "Neftçi” ilə oyunda bu baş verdi.

- Aldığın qırmızı vərəqəni haqlı sayırsan?
- Düşünmürdüm ki, hakim həmin epizoda görə qırmızı vərəqə verər. Simulyasiya yox idi. Mən driblinq etdim və rəqibi keçmək istəyirdim. Orada toxunuş var idi. Mən simulyasiyaya meyilli oyunçu deyiləm. 2 nəfər üstünlüklə daha çox qol şansı yarada bilərdik.

- Kubokda "Ağsu" üzərində asan qələbə qazandınız...
- Futbol mənim üçün fərqli deyil. Bütün komandalar eynidi. "Ağsu"nun heyətində keyfiyyətli oyunçular var. Oyundan öncə də düşünmürdük ki, çox rahat olacaq. Oyunda ilk 5 dəqiqədə hesabı açmağı düşünürdük. İlk mərhələdə qalib gəldiyimiz üçün sevinirəm. 

- Qarşıda "Keşlə" ilə vacib oyun var. Hazırsınız?
- Futbolda nəticələr bəzən gözlədiyiniz kimi olmur. "Keşlə"yə qarşı yaxşı oyun keçirəcəyimizi düşünürəm. Fasilədən əvvəl qələbə qazanmaq istəyirik. İlk yarını yaxşı başa vurmalıyıq.

- Çempionatın ilk yarısı sizin üçün yaxşı alındı?
- Bizim yaxşı da, pis də anlarımız oldu. İkinci yarıda daha yaxşı oynamaq üçün çox çalışmalıyıq. Daha yaxşı nəticələr qazanmaq lazımdı.

- Səncə, ikinci yarı daha maraqlı olacaq?
- Bəli. Elə düşünürəm ki, çempionatın ikinci yarısı daha maraqlı olacaq. Çünki yeni transferlər daha güclü oyunlara kömək edəcək.

FƏRİD


 
tarix: 08-12-2018 14:46


 
Xəbər lenti
24.08.2019

12:49   Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59   İsrafilovsuz qələbə

11:03   UEFA “Qarabağ”ı cərimələdi

10:50   “Sumqayıt” “Səbail”ə qarşı - YENİLƏNİR

09:47   "Neftçi"nin legioneri Hindistan klubunda

09:21   “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14   Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00   Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi: "Məni bağışlayın"

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az