(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Məhəbbətsiz birgəliyin sonu

Məhəbbətsiz birgəliyin sonu

Bir eranın deyil, kiçik dönəmin sonuna gəldik. Bircə il sürdü, amma bu müddətdə onilliklərə bəs edəcək olaylar vardı.

Qurban Qurbanovun milli karyerası bitdi. Bəlkə də getməyə gecikdi, bəlkə də ziyanın yarısından qayıtdı. Lakin o, göndərilməyə yox, getməyə layiq biri idi.

Tərəflər hər nə qədər bu vidanın qarşılıqlı razılaşmanın nəticəsi olduğunu bildirsə də, Qurbanov faktiki postundan uzaqlaşdırıldı. AFFA İcraiyyə Komitəsi müzakirələrdən sonra yığma komandaların baş məşqçilərini istefaya göndərməyi lazım bildi. Bəlkə də bunu Qurban bəyin məğlubiyyəti saymalıyıq. Fakt ondan ibarətdi ki, ötən il bəh-bəhlə 6 illik müqavilə razılaşdırılaraq gətirilən məşqç cəmi 1 il sonra nüfuzuna zərbə vurularaq yola salındı.

Bu istefanın pərdəarxası məqamları ilə işimiz yoxdu, yazdıqlarımız yanlış informasiyanın məhsulu ola bilər. Milli komandayla bağlı qərarlar ən üst səviyyədə həll olunur və təyinat kimi istefa da eyni nöqtədən düymələnir. İnformasiya müharibəsində üstün olan, kommunikasiyanı daha yaxşı quran, komanda şəklində iş aparan mütləq qalibdi.

Qurbanov Azərbaycan futbol tarixinin ən uğurlu məşqçisidi. Və onun yerinə ən bacarıqlı məşqçi də olsaydı, millinin nəticələrində ciddi dəyişiklik olmayacaqdı. Sadəcə, inananlar və inandıranlar fərqli düşündü, ölkə futbolunda sistemi yox, adları dəyişməyi lazım bildilər.

Səhvləri müzakirə etmək belə yersizdi. Qurbanov AFFA-dakı idarəçilərlə müqaysədə cüzi yanlış sahibidi. Xeyli səhvi oldu, amma görün assosiasiyadakılar son 10-12 ildə nə qədər suçu boyunlarına yığıblar? Elə həmin İcraiyyə Komitəsi bu məşqçini təyin edəndə ona inamını ifadə edirdi, indi isə 2 yerdə işləməyin fiziki cəhətdən mümkünsüz olduğu qənaətinə gəliblər. O zaman bu 1 ilin uğursuzluqları Qurbanovun yox, elə onların üzündən baş verib.

Kişilər guya ki, “Qarabağ”ı düşünür, bu klubun da geriləməsini istəmirlər. Bəs, bunu 1 il əvvəl niyə dilə gətirmir, Qurbanovun hər iki işdə uğura nail olacağına inamlarını ifadə edirdilər? Hamı riyakardı, yalançıdı. Yalnız küləyin istiqamətinə uyğun sifət göstərirlər.

Bu, baş katib Elxan Məmmədovun təmiz qələbəsidi. Daha ustalıqla oynadı, hamını aldatdı, öz işini gördü, millini yenidən əcnəbiyə tapşırmaq üçün Qurbanovun nüfuzunu zədələməyi də gözə aldı. Qurban bəyin sadəlövhlüyü də bunda rol oynadı – nə katiblə bir yerdə, nə də ona qarşı oldu. Yola verməyin sonu isə yola salınmaq olur.

Millinin yeni baş məşqçisi bəllidi. İndi açıqlamazlar, o zaman istefa planının çoxdan düşünüldüyü aşkara çıxar, yəqin bir neçə gün gözləniləcək. Əcnəbi biri bu posta gətiriləcək, Qurbanovdan fərqli olaraq, ona vaxt veriləcək, ölkə futbolunun indiki durumu üzündən yenə nəticə olmayacaq və yenə çarx fırlanacaq.

İndi Qurbanova sahib çıxmaq zamanıdı. Və bunu heç vaxt atıb getmədiyi “Qarabağ”ın rəhbərliyi etməlidi. Dilemma qarşısında qoyulanda da Ağdam klubuna arxa çevirməyən məşqçi indi bu klubla yeni uğurlara köklənməlidi. Həm də millinin uğursuzluğunun məşqçinin yox, sistemsizliyin ucbatından olduğunu isbatlamaq üçün...

FƏRİD


 
tarix: 08-12-2018 17:18


 
Xəbər lenti
23.04.2019

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az