(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tərlan Əhmədov: “Onun oyunundan razı deyiləm”

Tərlan Əhmədov: “Onun oyunundan razı deyiləm”

“Maraqlı, əzmkar mübarizə izlədik. Qalib gəldiyimiz üçün futbolçulara təşəkkür edirəm. Klubumuz ağır dönəm keçirir. Oyundan-oyuna artırır, baxımlı futbol sərgiləyirik. Son 15 dəqiqəni çıxmaqla, çıxışımızdan razı qaldım. Artıq güc bitmək üzrə idi. Ona görə sonluğu nəticəyə oynadıq. Bu görüşdə qələbə bizə çox vacib idi. İstədiyim futbolun 70-80 faizini izləyə bildik. Qarşıda "Qarabağ"la kubok oyunu gəlir, ciddi hazırlaşacağıq”. 

Futbolinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sabah" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının 15-ci tur matçından sonra mətbuat konfransında deyib. 

Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Diallonun tez-tez səvhlərə yol verməsini nə ilə əlaqələndirərdiniz?
- Səhvsiz futbolçu olmur. Səhvlərin davamının gəlməməsi üçün kənardan iradlarımızı bildiririk. Oyun olan yerdə səhvlər də olmalıdır. Biz də çalışırıq ki, səhvlər az olsun. 

- Sərtan Taşqın əvəzlənməsini istəyirdi. Amma onu meydanda bir müddət də saxladınız...
- Kənardan daha rahat görünür. Amma daxildə başqa cürdür. Sərtana dedim ki, bir müddət qala bilərsən. Ondan xahiş etdim ki, meydanda qalsın. Çünki zədəsi elə deyil. 

- Elnur Cəfərovu cəzalandırdığınız deyilir...
- Mən heç kimi cəzalandırmamışam. Bura gələndə əvəzedici heyətdə idi. Əvəzedicilərin də, U-19 komandamızın da oyunlarını izləməyə başlamışam. Hazırda Elnurun çıxışından razı deyiləm. 

- Amma hələ də əvəzedicilərin oyunlarına getmir...
- Bu, mənə yox, bu komandanın baş məşqçisinə aid sualdır. 

- Baş hakimə iradlarınız nə ilə əlaqədar idi?
- Hakim səhvləri olur. Təbii qarşılamaq lazımdır. Bir insanın 22 futbolçunu idarə etməsi çox çətindir. Gələcək oyunlarda belə hadisələr olmaz. (Sportnet)


 
tarix: 09-12-2018 18:38


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az