(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Qurban Qurbanov: “Milli ilə məğlubiyyətlərdən sonra kefimiz pozulurdu”

Qurban Qurbanov: “Milli ilə məğlubiyyətlərdən sonra kefimiz pozulurdu”

“Futbolçularımı təbrik edirəm. Çempionatın son oyununda vacib qələbə qazandılar. Tapşırıqları yerinə yetirdilər. Rəqibin itkiləri var idi. Futbolçularımın oyunundan və nəticədən razı qaldım. Samir Abasova uğurlar arzulayıram”. 

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə”yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu "Arsenal"la oyuna hazırlıq xarakteri daşıyırdı?
- O barəədə, hələ ki, tam qərar verməmişəm. Oyundan əvvəl də belə fikrim var idi. Avropa Liqasında da bu sxemlə oynaya bilərik.

- Komanda "Arsenal"la matça nə dərəcə hazırdır?
- Hamı bilir ki, son oyundur. Düşünürəm ki, diqqətli və ciddi hazırlaşmayıq. Bu gündən hazırlaşmalıyıq.

- Bədavi Hüseynov ucaboylu müdfiəçilərdəndir. Amma künc zərbələrində istənilən kimi irəli çıxmır…
- Uca boylu olmaq başla yaxşı oynamaq demək deyil.

- Penalti epizodunda Araz Abdullayev topa yaxınlaşdı. Bunu özü istədi?
- Araz bizim vacib oyunçularımızdan biridi. O, Ukraynadakı matçda da fərqlənib. Sadəcə, qol vura bilmədi. 

- Komandada yüksəliş var. Futbolçular təzyiqdən azad olublar?
- Hardasa ola bilər. Son vaxtlar hücumları qurmaq üçün daha çox çalışırıq. Bütün mövqeləri analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik.

- Emeqara zədəlidi. Onun komandadan ayrılmaq ehtimalı varmı? 
- Heç bir qərar verməmişik. Hər hansı futbolçu ilə bu barədə danışmamışam. Hər biri bizim komandanın üzvüdü.

- Dünən milli komanda ilə yollarınızı ayırdınız. Özünüzü necə hiss edirsiniz?
- Normal. Millidə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu. (Sportnet)


 
tarix: 09-12-2018 22:09


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az