(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəşad Sadıqov: “Əziyyətimiz Azərbaycan futbolunun halal xoşu olsun”

Rəşad Sadıqov: “Əziyyətimiz Azərbaycan futbolunun halal xoşu olsun”

“Qarabağ”ın kapitanı Topaz Premyer Liqanın 14-cü turunda "Zirə"yə qarşıkeçirdikləri oyundan (6:0) sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi qələbəni şərh etməklə yanaşı, U-20 və U-21 milli komandalarından istefaya göndərilməsi barədə də danışıb.
 
- Çempionatda son iki oyunumuzu “Keşlə” və “Zirə”yə qarşı keçirdik. Hər ikisi çətin komanda idi. Son dönəmləri yaxşı keçirirdilər. Ciddi hazırlaşmışdıq. Hər iki oyunda qol şanslarından yararlana bildik. Hesabların böyük olması rəqiblərin zəif olması ilə əlaqəli deyildi. Sadəcə, əlimizə düşən fürsətləri qola çevirdik.
 
- İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu, sizdə alınırdı?
- Biz bu sistemdən çox istifadə etmirik. Oyundan qabaq belə bir şeyə hazırlaşmışdıq. Qurban müəllim də bunu ikinci hissədə tətbiq etdi. Bir az alınırdı.
 
- Millinin oyunları bitib, Avropa Liqasında da bir oyun qalıb. “Qarabağ”ın son iki oyundakı böyükhesablı qələbələri bunula əlaqəlidir?
- “Qəbələ” ilə səfərdə yaxşı nəticə qazanmışdıq. Millinin oyunlarından sonra “Sabah”la qarşılaşdıq. Bizdə də yığma üzvləri çoxdur. Oyuna çox ciddi hazırlaşa bilmədik və vacib 2 xal itirdik. Ancaq komandamız toparlana bildi. Bu iki oyunda vacib qələbələr qazandıq. Çalışırdıq ki, “Neftçi” ilə xal fərqimiz 7-8 olmasın.
 
- Qurban Qurbanovun millidən gedişi sizin üçün gözlənilməz olmadı?
- Şəxsən mənim üçün gözlənilməz oldu. Son gündə belə bir hiss var idi. Ancaq ondan əvvəl bunu düşünmürdüm.
 
- Qurban Qurbanov millidən getdiyi üçün siz də vəzifənizdən ayrıldınız?
- Mən Qurban Qurbanovun gedişini bilmirdim. Mənimlə yolların ayrılacağını iki gün öncə demişdilər. Ancaq Qurban Qurbanovun gedişini iclasdan sonra bildik. 

- Gedişinizin səbəbini soruşdunuz?
- Bu barədə hazırda çox danışmaq istəmirəm. Çox iş gördüyümüzü düşünürəm. Əziyyət çəkdik, Azərbaycan futbolunun halal xoşu olsun. Təki, gördüyümüz işlərdən növbəti seçmə mərhələdə yararlansınlar. Özünüz də görürdünüz ki, hər oyunda 5-6 cavan futbolçuya şans verirdik. Komanda formalaşmışdı. Əslində, bir ay qabaq mənimlə növbəti tsikl üçün görüş keçirilmişdi. Orada gələcək planlardan danışdıq. Qarşıma 2-3-cü yerləri tutmaq hədəfi qoyuldu. Özüm də bildirdim ki, mən də qarşıma böyük hədəflər qoymuşam və çalışacam ki, istəyimizə çataq. Ancaq indi qərar budur, mən də buna hörmətlə yanaşıram.

- Son tsikldəki uğursuzluğa görə göndərildiniz?
- Bu tsikl üçün nəticə söhbəti olmadı. Son 3 oyundakı oyunumuzu gördünüz. Norveçlə matçda yaxşı çıxış etsək də, üç kobud səhvə görə uduzduq. İsraili isə məğlub da edə bilərdik, penalti qaçırmışdıq. Bildirildi ki, artıq belə rəqiblərə qarşı komandanı hazırlamısansa, gələn tsikldə 2-3-cü yerləri tutmaq olar. Onsuz da öz qarşıma məqsəd 2-ci yeri tutmağı qoymuşdum.
 
- Bəs nə baş verdi?
- Qərar budur, nə edə bilərik? Hörmətlə yanaşırıq. (Sportnet.az)


 
tarix: 09-12-2018 22:46


 
Xəbər lenti
21.02.2019

13:14   Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07   Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57   Milli komandada yeni baş məşqçi

12:31   “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00   17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48   Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:15   Millimizin Türkiyə ilə 2-ci sınağı - YENİLƏNİR

10:58   “Fənərbaxça” “Zenit”ə, “Qalatasaray” “Benfika”ya qarşı - YENİLƏNİR

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az