(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qış yuxusuna gedərkən: zirvədə və zirzəmidə qiyabi döyüş

Qış yuxusuna gedərkən: zirvədə və zirzəmidə qiyabi döyüş

Topaz Premyer Liqasında mövsüm yarılandı. Bir gündə yekunlaşan ikinci dövrənin son turu çempionluq mübarizəsini daha da kəskinləşdirdi. Çünki “Qarabağ”ın rəqibini darmadağın etdiyi həftədə “Neftçi” xal itirdi.

Medan sahibləri üçün qara tur 2 qolsuz heç-heçə və qonaqların 2 qələbəsi ilə yadda qaldı. Bu nəticələr autsayderlərin yerdəyişməsinə və liderlər arasında xal fərqinin üçə düşməsinə şərait yaratdı. Ölkə kubokunun ¼ final matçlarından sonra yaranacaq fasilədə klubların keçəcəyi hazırlıq, edəcəkləri transferlər mövsümün qalan hissəsinin şəklini müəyyənləşdirəcək.

“Keşlə” müdafiəçilərinin vurduğu qollarla “Sabah”ı yenib özünə gəldi. İndi heyətin təmizlənməsi və güclənməsi lazımdı. Əks halda, mövsümün sonuna kimi “Zirə”ylə qaçdı-tutdu oynayacaqlar. Hətta bunu bacarmaq üçün də komanda güclənməlidi, çünki “qartallar” da boş dayanmayacaq.

“Sabah”ın qeyri-sabitliyi yenə özünü göstərdi. Xüsusilə “Əlincə”də inamsız görünən Elşad Əhmədovun yetirmələri ili 4-cü pillədə başa vurdu. Bu, debütant üçün yaxşı nəticədi, lakin rəhbərliyin iddialarını, komandaya göstərdiyi diqqəti nəzərə alsaq, daha yaxşısı mümkün idi. 14 oyuna 17 xal çox da deyil və autsayderlə 7 xallıq fərq qıa müddətdə əriyə bilər.

“Qəbələ” qismən toparlanıb. Amma avrokuboklara düşmək üçün mütləq heyət gücləndirilməli, eyni zamanda məşqçi məsələsinə baxılmalıdı. Sənan Qurbanovla “qırmızı-qaralar”ı parlaq gələcək gözləmir. Toplanan xallar bir neçə futbolçunun yaxşı oyununun nəticəsidi, onlar dayananda komanda da büdrəyir.

İki texniki qələbə sayəsində 6-cı yox, 3-cü pillədə qərar tutan “Səbail” sanki hər oyuna heç-heçə üçün çıxır. “Qəbələ” ilə oyunda da minimum vəzifə yerinə yetirildi. Fasilə dövründə görüləcək işlərdən asılı olaraq qışdan sonra “Səbail”in əsl gücünə bələd olacağıq. Hələliksə komanda sıradan ortababdı və heyət zənginliyi komandanın oyununa sirayət etmir.

“Qarabağ”ın 6:0 hesabə qələbəsi əsəb partlayışı idi. Ağdamlılar “Sportinq”ə 1:6 hesablı məğlubiyyətdən sonra 2 autsayderə 11 qol vurub. Komanda sanki bu nəticələrlə Avropa klublarıyla səviyyə fərqimizi nümayiş etdirir. “Keşlə”ni, “Zirə”ni darmadağın edən komanda özü Avropa Liqasında eyni aqibətlə üzləşirsə, deməli, səviyyə fərqi ortadadı və bu yay qitə səhnəsində bizi fiasko gözləyir.

“Zirə”nin parlaq oynayıb arabir nəticə qazanması ənənəsi də bu tur işə yaramadı. 0:6-dan sonra baş məşqçi Samir Abasov ciddi islahatlara əl atmağa məcburdu.

“Neftçi”nin Baqali Dabosuz bir işə yaramadığı bu tur aydınlaşdı. Cəzalı fransızın yoxluğunda bakılılar çox “dişsiz” idi. Roberto Bordinin oynatdığı futbol mövsüm başlayandan tənqid olunur. İtaliyalı komandanı zirvədə saxlasa da, bu, daha çox rəqiblərin zəifliyi, eyni zamanda “Qarabağ”ın başının avrokuboklara qarışması ilə bağlı idi. Bundan sonra daha çətin olacaq.

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov rəqibi əla analiz etmişdi və taktiki savaşda Bordinə uduzmadı. Düzdü, son dəqiqələrdə qonaqlar hətta 7 müdafiəçi ilə oynayırdı. Lakin büdcələr arasındakı fərq də elə 7 qatdı. Sumqayıtlıların normal hücumçusu, ehtiyat qüvvəsi olsaydı, “Neftçi”nin qapısına yol tapmaq da olardı. İndiki halda bir xal da qonaqlar üçün qənimət sayılmalıdı, bakılılarsa mütləq ayılmalı, heyəti gücləndirməlidi ki, “Qarabağ”la rəqabətdə duruş gətirsinlər.

FƏRİD


 
tarix: 10-12-2018 09:00


 
Xəbər lenti
21.04.2019

14:30   Kristiano Ronaldodan daha bir ilk

13:29   Bundesliqa klubu baş məşqçisini qovdu

12:23   “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18   Quluzadənin komandası yenə xal itirdi

10:10   Ozan Can oynadı, komandası darmadağın oldu

09:24   Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44   “Barselona”dan çətin qələbə

00:37   “Bavariya”ya 1 qol bəs etdi

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az