(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Elxan Məmmədovun 2020 vədi

Elxan Məmmədovun 2020 vədi

Elxan Məmmədov kiçik bir döyüşün qalibidi. AFFA-nın baş katibi özünün yaratdığı və başlatdığı müharibədə hələlik ciddi heç nəyə nail olmayıb.

Millinn baş məşqçisi Qurban Qurbanovun postundan uzaqlaşdırılmasını Məmmədovun ağıllı gedişi sayanlar tələsir. Bəli, katib istədiyinə nail oldu, futbol ictimaiyyətinə meydan oxuya-oxuya 6 illik müqaviləni 1 ilin tamamında xətm etdirdi. Ancaq o, bunun üçün beyin müharibəsi aparmadı, təmiz niyyətlə işləyən, diplomatik bacarığı, məkrli siyasəti, hiyləgərliyi olmayan sadəlövh birinə qalib gəldi.

Qurbanov futbol tariximizin ən uğurlu məşqçisidi, lakin oyunbaz, siyasətçi deyil. Onun güclü rıçaqları, dayağı da yoxdu. İctimaiyyət, azarkeşlər arasında nüfuzu zəhməti ilə qazanıb. Məmmədov bütün bunlara rəğmən, qalib gəldisə, əlaqələrinə, oyun çevirmə bacarığına minnətdar olmalıdı.

Qurbanov o qədər sadəlövh biridi ki, hətta İcraiyyə Komitəsinin taleyinin həll olunduğu iclasına da qatılmadı. Məmmədov gözəl bilirdi ki, İK üzvləri onun gözünün işinə baxa-baxa belə qərar verəcək gücdə deyillər. Bunun üçün bəlkə də ilk dəfə heyət tam tərkibdə yığılmışdı, hətta tədbir son üzv gələnə kimi start götürməmişdi.

Beləcə oyunbazlıqla Məmmədov istədiyinə nail oldu, kabinetlərdə Qurbanov haqqında mənfi rəy yazdıra bildi. Qurban bəy isə müqavimət göstərmədən hətta nüfuzunun zədələnməsinə razı oldu. Amma...

...Amma Məmmədov özünü də böyük oyunun içinə atıb. Hər dəfə məşqçiləri, digər kadrları dəyişməklə özünü qoruyan katib yenə İK-nın əli ilə istefaya nail oldu. Bu, ona böyük risk hesabına başa gəlib. Son brifinqdə onun 2020-ci ilin vacib olması barədə fikri təkrar-təkrar səsləndirməsi təsadüf deyildi. Ölkə rəhbərliyi də, azarkeşlər də Avropa çempionatının final mərhələsinə vəsiqə gözləyir. Qurbanovun əvəzlənməsinə də buna görə razılıq verilib. İndi baş katib mütləq bu vəzifənin öhdəsindən gəlməlidi. Əks halda, bir ildən sonra onun öz taleyini müzakirə edəcəyik.

Elxan bəy vəzifədəki ömrünü daha bir il uzatdı. 12 ildə heç bir iş görməyən, zamanı yola verən katib indi nəticəyə nail olmalıdı. Hansı məşqçiylə, hans yolla olursa-olsun... Söz verib!


 
tarix: 10-12-2018 10:30


 
Xəbər lenti
26.06.2019

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az