(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Topaz": Super Liqada İstanbul Ankaraya qarşı

"Topaz": Super Liqada İstanbul Ankaraya qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" yeni həftəyə 38 qarşılaşma ilə başlayır. Bu görüşlərdən 27-nə canlı, 8-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. "Təkli" oyunlardan ikisi Türkiyə Super Liqasının matçlarıdır. 15-ci turun son oyunlarında lider " İstanbul Başakşəhər" paytaxtda "Ankaragücü"nün qonağı olacaq, 2-ci sıradakı "Kasımpaşa" isə autsayder "Kayserispor"u qəbul edəcək. Ötən tur öz meydanında sürpriz şəkildə "Sivasspor"a uduzan, ardından isə kubok matçında aşağı liqa təmsilçisi "Adana Dəmirspor"la 1:1 oynayan "İstanbul Başakşəhər"dən bu tur qələbə gözləyənlərin sayı çoxdur. Liderin 2 uğursuz qarşılaşmadan sonra adına və statusuna yaraşan oyun göstərib-göstərməyəcəyini bu axşam matç bitincə biləcəyik. Yalnız onu deyək ki, son 3 turda qələbə qazana bilməyən "Ankaragücü" "İstanbul Başakşəhər"i sonuncu dəfə öz evində 2007-ci ildə məğlub edib. "İstanbul Ankaraya qarşı" - şərti olaraq bu cür adlandıra biləcəyimiz duelə "Topaz"da bu əmsallarla canlı və "təkli" mərc edə bilərsiz: "Ankaragücü"nün qələbəsi 4.20, heç-heçə 3.30, "İstanbul Başakşəhər"in qələbəsi 1.65.

Əgər bu axşam "Başakşəhər" yenə xal itirərəsə, o halda 2-ci sıradakı "Kasımpaşa"nın liderlə xal fərqini 1-ə endirmək şansı olacaq. Öz meydanında turnir cədvəlinin 17-cisi olan "Kayserispor"u qəbul edəcək "Kasımpaşa" görüşün aşkar favoriti sayılır. "Topaz"ın bu qarşılaşma üçün təklif etdiyi əmsallar: "Kasımpaşa"nın qələbəsi 1.45, heç-heçə 3.90, "Kayserispor"un qələbəsi 4.95.

İspaniya La Liqasının 15-ci turuna bu gecə saat 12-də başlayacaq "Atletik” - "Jirona" görüşü ilə yekun vurulacaq. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən Bilbao klubu yalnız lk turda "Leqanes"ə qalib gəldikdən sonra ardıcıl 13 oyundur qələbə üzünə həsrətdir. Düzdür, kubok turnirində "Atletik" "Hueska"ya hər 2 qarşılaşmada 4 cavabsız top vurdu. Amma primeroda 3 aya yaxındır qələbə həsrəti davam edir. "Jirona" isə əksinə, kubok oyunları da daxil olmaqla ardıcıl 8 matçdır uduzmur. Hazırda 18-ci sırada olan "Atletik" bu axşam qalib gələrsə, sadəcə, bir addım öndəki "Vilyarreal"a çatacaq. "Topaz"da həm canlı, həm "təkli" mərc edə biləcəyiniz bu qarşılaşmanını əmsalları belədir: "Atletik”in qələbəsi 1.85, heç-heçə 3.10, "Jirona"nın qələbəsi 3.45.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz. 


 
tarix: 10-12-2018 12:21


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az