(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Topaz”: Liverpulda həlledici “döyüş”

“Topaz”: Liverpulda həlledici “döyüş”

UEFA Çempionlar Liqasında ilin son oyunları başlayır. Bu gün və sabah keçiriləcək görüşlərlə turnirdə qrup mərhələsinə yekun vurulacaq və gələn fevralda pley-offda oynayacaq bütün komandaların adı dəqiqləşəcək. Bu axşam keçiriləcək 8 qarşılaşma arasında həlledici xarakterli oyunlar B və C qruplarının matçlarıdır. Xüsusən, "Enfild Roud"da keçiriləcək "Liverpul" - "Napoli" dueli böyük maraq doğurur. C qrupunun yeganə məğlubiyyətsiz komandası "Napoli" 9 xalla vahid liderdir. 3-cü sıradakı ingilislərə vəziyyəti 180 dərəcə dəyişmək üçün bu axşam sadəcə qələbə lazımdır. Qalibiyyət "Liverpul"u azı 2-ci yerlə pley-offa çıxaracaq. Bir şərtlə ki, bu qələbə ya 1:0, ya da azı 2 top fərqiylə olmalıdır. 2:1, 3:2 və digər 1 top fərqli hesablar "Napoli"nin xeyrinə olacaq. Çünki "Liverpul" bu görüşdə 2:1 və ya 3:2 hesablı qələbə qazansa, hər iki komandanın xalı bərabərləşəcək. Belədə aralarındakı oyunlar əsas göturüləcək. "Napoli" öz meydanında "Liverpul"a qol buraxmadan qalib gəldiyi üçün (1:0) səfərdə vurulan qollar italyanların işinə yarayacaq. Başqa variant da var. Belqradda sensasiya qeydə alınarsa - "Srvena Zvezda" PSJ-ni məğlub edərsə, onda "Napoli" uduzsa belə, "Liverpul"la birgə 1-2-ci yerləri bölüşdürüb, pley-offa vəsiqə qazanacaq. Amma PSJ-nin "Srvena Zvezda"ya uduzacağı o qədər də real görünmür. Beləliklə, "Liverpul"la "Napoli"nin taleyi öz əllərindədir. İtalyanlar görüşə tam heyətlə - zədəsiz, diskvalifikasiyasız hazırdır. "Liverpul"da isə Oksleyd-Çemberlenin neçə aydır sürən müalicəsi davam edir. Müdafiənin mərkəzində zədəli Co Qomesin yoxluğu baş məşqçi Yurgen Kloppu narahat edir. Onun əvəvzləyicisi, xorvatiyalı Deyan Lovren də matça tam hazır deyil. Belə vəziyyətdə iddialı Kloppun təcrübəli strateq Karlo Ançellotiyə qarşı mübarizəsi maraqla gözlənilir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz"da bu qarşılaşmaya həm canlı, həm də "təkli" mərc edə bilərsiz. Əmsallar: "Liverpul"un qələbəsi 1.55, heç-heçə 3.80, "Napoli"nin qələbəsi 4.25.

B qrupunda "Barselona" qrup lideri kimi 18 finala vəsiqəni təmin etdiyindən, "Tottenhem"lə oyunun nəticəsi onlar üçün formal xarakter daşıyır. İngilislər isə 2-ci sıranı əllərində saxlamaq üçün qalib gəlməlidir. Heç-heçə olacağı təqdirdə isə "İnter"in öz meydanında PSV qarşısında xal itirməsi lazımdır. PSV-nin qrupda heç bir iddiası qalmadığından, "İnter"ə ciddi müqavimət göstərəcəyini əminliklə demək olmaz. İndiyədək Eydhoven təmsilçisi ilə ÇL-fə keçirdiyi 3 matçın hamısında qalib gələn "neradzurra"nın bu axşam da qələbə qazanacağına inam böyükdür. "Nou Kamp"da qələbə qazanmaq məcburiyyətində qalan "Tottenhem" oyuna itkilərlə çıxacaq: Dembele, Sançes, Vanyama, Yansen, Trippyer və Lamela zədə səbəbindən matça hazır deyil. "Barsa"da isə Malkom, Umtiti, Samper, Rafinya heyətdə olmayacaq. Hər iki qarşılaşmaya "Topaz"da canlı və "təkl" mərc etmək olar. Əmsallar: "Barselona"nın qələbəsi 1.90, heç-heçə 3.75, "Tottenhem"in qələbəsi 3.30. "İnter"in qələbəsi 1.30, heç-heçə 4.40, PSV-nin qələbəsi 6.50.

Bu görüşlərdən başqa, Çempionlar Liqasının axşamkı digər oyunlarına da "Topaz"da canlı və "təkli" mərc etmək mümkündür. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.


 
tarix: 11-12-2018 12:44


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az