(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

Qurban Qurbanov milli komandadan niyə kənarlaşdırıldı? 2 postda çalışdığına görə...
 
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyir. Guya ki, həm milli komandada, həm “Qarabağ”da paralel işləyə bilmirmiş, çətinik yaşayırmış, işində müsbət nəticələrə mənfi təsir edirmiş.
 
Bəhanədi. Xeyli uğurlu nümunələr var. Təkcə postsovet məkanından Valeri Lobanovski, Oleq Romantsev, Georgi Yartsev və Aleksandr Starkovun adını çəkmək kifayətdi. Sonuncunun klubla birgə çalışdırdığı Latviya millisini Avropa çempionatının finallarına aparması faktı mübahisə edənlər üçün həlledici faktdı.
 
Bəs, Qurbanov bunu bacara bilərdimi? Əlbəttə, vicdanla çalışırdı, zamanla problemlər də yoluna qoyulacaqdı. Lakin onun uğurlu olması üçün həm də “Qarabağ”ı milli komandanın baza-klubuna çevirməsi lazım idi. Aşağı yaş qrupu komandalarında bunu etməyə başlamışdı, əsas millidə imkan vermədilər.
 
İndi telekanallarda təbliğat başlayıb. Guya ki, Avro-2020-nin final mərhələsinə yollanmaq arzusu utopiyadı, bunun üçün zaman lazımdı, yeni məşqçiyə bir neçə il verilməlidi. Çətin olduğunu bilirik, bəli, oyunçu potensialı yoxdu, komanda zəifdi. Lakin bütün bunlar Qurbanov üçün də keçərli idi – ona niyə zaman verilmədi? İndi təbliğat aparmaq, ictimaiyyəti yönəltmək lazım deyil. Qurban bəyin gedişinə nail olmaq üçün söz verənlər vədinə əməl etsin!
 
AFFA-nın baş katibi Elxan Məmmədov çevirdiyi oyuna görə məsuliyyət daşıyır. Gətirəcəyi məşqçi mütləq vəzifənin öhdəsindən gəlməlidi. Əks halda, katib də getməlidi. 12 ildi ona zaman verilir, nəticələr hər il daha da pisləşir. Nə qədər məşqçi dəyişmək olar? Artıq əsas idarəçinin zamanı deyilmi?
 
Məmmədovun İcraiyyə Komitəsinin son iclasındakı brifinqdə səsləndirdiyi fikirlər həm də AFFA rəhbərliyinə qarşıdı. O, sanki öz rəhbərlərini nişan verir. Qurbanovun 2 vəzifənin öhdəsindən gələ bilmədiyini deyən katib, Rövnəq Abdullayevi, Rauf Əliyevi, Elşad Nəsirovu hədəf göstərmirmi?
 
Rövnəq Abdullayev – AFFA prezidenti, ARDNŞ-nin prezidenti, Azərbaycan Cüdo Federasiyasının prezidenti, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü, Azərbaycan - Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridi, Azərbaycan - Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan - Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü...
 
Rauf Əliyev - AFFA-nın I vitse-prezidenti, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, Azərbaycan – Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri, Azərbaycan – Fransa parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvü, Azərbaycan – Koreya parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvü, Azərbaycan – Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvü, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyətinin üzvü, MDB Parlamentlərarası Assambleyasının “Mədəniyyət, İnformasiya, Turizim və idman üzrə” daimi komissiyasının üzvü, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü...
 
Elşad Nəsirov - AFFA-nın vitse-prezidenti, ARDNŞ-nin vitse-prezidenti...
 
Əslində, Elxan bəy Qurbanovu misal gətirib bu adamları nişan verir. Demək istəyir ki, futbolumuz ona görə bu gündədi ki, AFFA rəhbərləri də müxtəlif vəzifələrdədi, çatdırmırlar, onları yola salmaq lazımdı. Bu, həm də 5-6 vəzifə tutan, 2-3 federasiyaya rəhbərlik edən nazirlərə qarşı üsyandı. Anlayana...
 
FƏRİD

 
tarix: 12-12-2018 09:00


 
Xəbər lenti
21.02.2019
20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

12:00  “Yuventus” “Atletiko”ya, MS “Şalke”yə qarşı - YENİLƏNİR

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az