(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Oyunlarımızın çoxunu uşaq səhvlərindən uduzmuşuq”

“Oyunlarımızın çoxunu uşaq səhvlərindən uduzmuşuq”

“Zirə”nin müdafiəçisi Adrian Skarlatake futbolinfo.az saytının suallarını cavablandırıb:

- Son oyunda “Qarabağ”a 0:6 hesabı ilə uduzdunuz. Böyükhesablı məğlubiyyətin səbəbi nədir?
- Biz oyuna 0:3 geri düşdükdən sonra başladıq. Çünki ilk 3 qol çox qəribə idi. Uşaq səhvləri etdik. Halbuki “Qarabağ” kimi komandalarla matçda bunu etməzlər. Onlar ən yaxşı rəqibdi. Həmçinin 4 oyunçumuz yox idi. 6:0 çox böyük hesab oldu. Biz belə məğlubiyyətə layiq deyildik.

- Çempionatın ilk yarısı artıq başa çatdı. “Zirə” üçün çox uğursuz oldu deyə bilərik?
- Əlbəttə ki, pis oldu. Amma baxsaq, 4-cü pillə ilə aramızda cəmi 7 xal fərq var. Bu o qədər də çox deyil. Həmçinin kubokda şansımız var. Biz yarımfinala çıxmalıyıq. Son ildə “Keşlə” ilə kuboku qazandıq və heç kim buna inanmırdı. 2-3 yeni oyunçu ilə komanda çox güclənə bilər. 

- Zədədən sonra özünü yaxşı hiss edirsən?
- Yaxşı hiss edirəm. Düşünürəm ki, komanda “Qəbələ”yə qarşı daha yaxşı oynamışdı. Həmin matçda qalibiyyətə layiq idik. Amma ondan sonra çox pis oyun gəldi. 0:6 uduzduq. 

- Kubokda finala qədər getmək mümkün görünür? Çünki avrokuboklara ən asan yoldu...
- Əlbəttə ki, mümkündü. Əvvəlcə yarımfinala adlamalıyıq. “Səbail”lə oyun o qədər də asan olmayacaq. Mən kubokda uğur qazanacağımıza inanıram. Təkrar kubokun qalibi olmaq istəyirəm.

- Çempionatın ilk yarısından sonra ümumi mənzərəni necə dəyərləndirirsən?
- Düşünürəm ki, bu mövsüm keçən mövsümlərə nisbətən daha yaxşı keçir. Çünki komandaların əksəriyyəti yaxşı futbolçular transfer edib. Həmçinin “Neftçi” 4-5 il əvvəlki kimidi. Amma yenə düşünürəm ki, ən azı 10 komanda yaxşı olar. Çempionat daha gərgin keçər. 

- Səncə, “Neftçi” çempion ola bilər?
- Mümkündü, amma “Qarabağ” da həmişə olduğu kimi çox güclüdü. “Neftçi” üçün çətin olacaq. Düşünürəm ki, çempionatın ikinci yarısı çox maraqlı keçəcək. Səbəb odu ki, yeni transferlər olacaq və komandalar arasında xal fərqi o qədər böyük deyil. Kubokda da sürprizlər gözləməyə dəyər. 

- Hansı komandaları avrokuboklara zonasına düşəcəyini gözləyirsən?
- Bu barədə danışmaq çətindi. “Keşlə”nin ötən il etdiyi sürprizi unutmamaq lazımdır. Bu səbəbdən istənilən klubdan yaxşı nəticə gözləmək olar. 

- Samir Abasov komandanın heyətindən dəfələrlə narazılıq edib...
- Əmin olun ki, bizə yeni oyunçular lazımdı. Bu təkcə legioner olmamalıdı, yerlilərə də ehtiyacımız var. Bundan sonra komanda çox güclənəcək. Çox futbolçu lazım deyil, 2-3 legioner, 2-3 yerli oyunçu. Amma bu futbolçular birbaşa “11-liy”ə daxil olacaq oyunçular olmalıdı. Oyunlarımıza baxsanız, görərsiz ki, matçların əksəriyyətini fərdi səhvlərdən uduzmuşuq. Bu, normal deyil.

CAVAD


 
tarix: 12-12-2018 14:18


 
Xəbər lenti
23.02.2019

14:00   “Qəbələ” “Keşlə”yə qarşı - YENİLƏNİR

13:25   “Neftçi”də yeni müqavilə

11:53   Anatoli Banişevskinin doğum günündən 73 il ötür

11:00   “Mançester Siti”də yeni müqavilə

10:31   “Fənərbaxça”nın futbolçusu milli karyerasını başa vurdu

09:52   “Keşlə”də qızıl alveri?

09:45   “Qarabağ” “Sabah”la üz-üzə - YENİLƏNİR

09:42   “Mil-Muğan” qayıdır?

09:30   “Qəbələ”dən 8 cavabsız qol

09:20   Ev sahibləri Bakıda bəlli olacaq

09:00   Axundovla məhv olan futzal: milliləşənlər getdi, real mənzərə üzə çıxdı

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az