(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA daha 4 komandaya texniki məğlubiyyət verdi

AFFA daha 4 komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasında “Şamaxı” – “Ağsu Siti” matçının 70-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Fərid Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Səbail” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Rauf Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər Liqasında “Neftçi” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Səbail” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Səbail”in futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 89-cu dəqiqəsində “Səbail”in futbolçusu Xəyal Bədirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasında “Qəbələ” – “Neftçi” matçının 90+6-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Veysəl Rzayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasında “Mil-Muğan” – “Tufan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Əlif Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-17 Liqasında “Sumqayıt” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ”nin futbolçusu Nazim Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Səbail” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 77-ci dəqiqəsində “Səbail”in futbolçusu Fərid Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Turan Tovuz” – “Gəncə” TİM matçının 67-ci dəqiqəsində “Gəncə” TİM-in futbolçusu Rəşid Zeynalov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasında UGİM 1 (Sumqayıt) – UGİM (Şabran) matçının 52-ci dəqiqəsində UGİM 1-in futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Qarabağ” – “Sabah” matçının 57-ci dəqiqəsində “Sabah”ın futbolçusu Həmzəali Mikayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Binə” – “Neftçi” matçının 58-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Səid Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 60-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Rüfət Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Əlincə” – EFA matçının 17-ci dəqiqəsində EFA-nın futbolçusu Nicat Cabbarlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Turan Tovuz” – “Azəri TİM” matçında “Azəri TİM” klubunun məşqiçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Qəbələ” – “Neftçi” İK İB matçının 18-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Həbib Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 35-ci dəqiqəsində “Neftçi” İK İB klubunun məşqiçisi Şahin Şahhüseynli texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında UGİM-1 (Sumqayıt) –UGİM-2 matçında UGİM-2 klubunun məşqiçisi Kənan Kərimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında “Şirvan” – “Mürtülü” matçında “Mürtülü” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında UGİM 2 (Sumqayıt) – “Məhəllə uşaqları” matçında UGİM 2 klubunun məşqiçisi Nicat Tağıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Qızlar Liqasında “Keşlə” (Bakı) – “Fidan” (Bakı) matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın AZMİU – “Green Log” matçının 8-ci dəqiqəsində “Green Log”un futbolçusu Tural Murquzov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Baku Fire” – “Şərq” matçında “Şərq” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Avanqart” matçında “Bədr FK Xocalı” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Yasamal” FK – “Yasamal” İSK matçının 11-ci dəqiqəsində “Yasamal” İSK klubunun futzalçısı Ceyhun Nağıyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 15-ci dəqiqəsində “Yasamal” İSK klubunun futzalçısı Amil Əlimirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Yasamal” FK – “Xəzər Cənub” matçının 30-cu dəqiqəsində “Yasamal” FK klubunun 8 №-li futzalçısı Seaid Əmirli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 35-ci dəqiqəsində “Yasamal” FK klubunun futzalçısı Mortuza Cahandozun qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Standard” FK – “Baku Fans” matçının 25-ci dəqiqəsində “Standard”ın futzalçısı Anar Həsənovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


 
tarix: 12-12-2018 14:34


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az