(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Komanda məndən asılı ola bilməz" - Deviç məşqçilik üçün tez olduğunu düşünür

"Komanda məndən asılı ola bilməz" - Deviç məşqçilik üçün tez olduğunu düşünür

Marko Deviç “Sabah”ın liderlərindən biridi. O, təkcə qolları ilə seçilmir, xarakterinə, təcrübəsinə, işə yanaşmasına görə də yoldaşlarına nümunədi.
 
Serb əsilli ukraynalı futbolçu futbolinfo.az saytına müsahibəsində mövsümün ilk yarısını dəyərləndirməklə yanaşı, öz gələcəyindən də danışıb.
 
- “Keşlə” ilə oyunda niyə uduzdunuz?
- Son turda uduzduq. İstəyirdik ki, qalib gələk. Oynadıq, amma alınmadı. Rəqib əlinə düşən şanslardan istifadə etdi. Oyunun ilk hissəsində də, ikinci hissədə də tempi tuta bilmədik. Uduzsaq da, qarşıdakı matçlara baxmalıyıq.
 
- Komanda sanki uğursuzluq zolağındadır. Son 5 oyunda cəmi 1 xal qazanmısınız...
- Ola bilsin, bu, bizim uğursuz seriyamızdır, amma birinci yarının sonudur, oyunumuz heç də pis deyildi. Sadəcə, nəticə yoxdur. Mövsümə yaxşı başlamağımız, “Qarabağ”la, “Neftçi” ilə matçlarda yaxşı oyun göstərməyimiz bizi uğursuzluqlardan sığortalamır. Son 5 oyundakı nəticə bizi sevindirə bilməz.  “Qarabağ”la oyunda cəmi 1 xal qazana bildik. Amma digər oyunlarda da yaxşı çıxış edə bilərdik. Məsələn, “Səbail”lə, “Keşlə” ilə qarşılaşmada xallar qazana bilərdik.
 
- “Sabah”ın digər üzvləri komandanın uğursuzluğunda əsas səbəblərdən biri kimi sənin zədəlməyini görürlər...
- Özüm oyunum barədə danışmaq istəmirəm. Qoy, kənardakılar danışsın. Hesab eləmirəm ki, komanda bir oyunçudan asılı olur. Neçə oyunda  “Sabah”a kömək elədim, amma bu, o demək deyil ki, komanda təkcə məndən asılıdır.
 
- Zədən tamamilə sağalıb?
- Özümü yaxşı hiss edirəm. Bir neçə ciddi müayinədən keçməliyəm.  Ondan sonra bundan sonra durumumun necə olacağı aydınlaşacaq.
 
- Komandanın qışdan sonra daha yaxşı təsir bağışlayacağına inanırsan?
- Düşünürəm ki, artıq bütün oyunçuların təcrübəsi var. Futbolçularımız bir-birini tanyır, yüksək liqa təcrübəsi toplayıblar. Rəqiblər də heyətini qış fasiləsində tam komplektləşdirəcək. Biz də həmçinin. Düşünürəm ki, qarşıda ortaya daha yaxşı nəticələr qoya bilərik.
 
- Təcrübəli futbolçu kimi hansı mövqelərə oyunçu lazım olduğunu düşünürsən?
- Klubun transfer siyasətinə qarışmıram və bu, məndən asılı məsələ deyil.  Bu işə məşğul olan adamlar var. Bütün komandalar istəyir ki, heyətində yaxşı oyunçular olsun. Yerli və ya əcnəbi fərq etmir. Vəziyyətin necə olacağını qarşıda görəcəyik.
 
- Kubokda “Qəbələ” səddini keçə biləcəyinizə inanırsan?
- Şansımız təbii ki, var. Amma aydın məsələdir ki, psixoloji və fiziki olaraq müəyyən problemlər ola bilər. Çünki ilk yarının sonudur. Ona görə də asan olmayacaq. Çətin və yaxşı oyun olacaq. “Qəbələ”yə qarşı oynamaq mümkündür. Rəqib güclü rəqibdir. Şans həmişə var və istifadə etmək lazımdır.
 
- Oynayan məşqçi olacağınız deyilir...
- Hələ bu barədə danışmaq üçün tezdir. Bu və növbəti mövsüm üçün “Sabah”la müqaviləm var. Bu mövzuda söhbət olmayıb, amma həyatda hər şey mümkündür.
 
FƏRİD

 
tarix: 13-12-2018 12:10


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az