(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
"Qarabağ”ın mövsümdə son avrokubok oyunu “Topaz”da

"Qarabağ”ın mövsümdə son avrokubok oyunu “Topaz”da

Bu axşam ilin son avrokubok matçları keçiriləcək. Avropa Liqasında qrup mərhələsinin son turunun 24 qarşılaşması növbəti mərhələyə vəsiqə qazanacaq bütün komandaların adına aydınlıq gətirəcək. Artıq 116 finala çıxmaq şansını itirmiş Azərbaycan çempionu "Qarabağ" üçün isə bu mövsümün son avrokubok oyunu olacaq. Londonda - nəinki qrupun, turnirin favoritlərindən olan "Arsenal"la qarşılaşacaq Ağdam klubunun xal qazanma ehtimalı çox azdır. Bununla belə, azı ötənilki “Atletiko” görüşünü yada salıb, sensasiyaya az da olsa ümüd etmək olar. "Arsenal" qrup liderliyini təmin etdiyindən, "Qarabağ"la matçda heyətdə bəzi gənc oyunçulara yer veriləcək. Baş məşqçi Unay Emeri bunu açıq şəkildə jurnalistlərə bildirib. İspan məşqçi təcrübəli futbolçulardan zədəsini sağaldan Loran Koselni və Məsut Özilin də heyətdə yer alacağını açıqlayıb. Hansı heyətlə oynamasındna asılı olmayaraq, "Arsenal" "Qarabağ" qarşısında aşkar favorit sayılır. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu qarşılaşmaya həm canlı, həm də "təkli" mərc qəbul edir. Əmsallar: "Arsenal"ın qələbəsi 1.20, heç-heçə 4.80, "Qarabağ"ın qələbəsi 8.45.

Ümumiyyətlə, "Topaz"ın bugünkü proqramında 41 matç yer alıb. Onlardan 30-na canlı, 23-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. "Təkli oyun" statusu verilən qarşılaşmaların hamısı Avroliqanın görüşləridir. Burda həlledici xarakter daşıyan oyunların sayı da kifayət qədərdir. İ qrupunda "Beşiktaş"a 116 finala çıxmaq üçün bu axşam "Malmö"dən 1 xal almaq yetərlidir. İsveç təmsilçisinə isə mütləq qələbə lazımdır. "Qara qartallar"da zədə səbəbindən Pepe, Enzo Roco, Rayan Babel və Caner Erkin meydana çıxmayacaq. İndiyədək "Malmö" ilə keçirdiyi 5 dueldən yalnız birini qazanan "Beşiktaş"ı bu axşam da ağır oyun gözlədiyi şübhə doğurmur. "Topaz"da qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiz: "Beşiktaş"ın qələbəsi 1.60, heç-heçə 3.60, "Malmö"nün qələbəsi 4.80.

G qrupunun "Vilyarreal" - "Spartak" görüşü də həlledici əhəmiyyət daşıyır. İspanlar 5 oyundan 7 xalla qrup lideridir. Moskva klubu son sırada qərarlaşsa da, liderdən cəmi 2 xal geri qalır. Yəni bu axşam "Spartak" səfərdə qalib gələrsə, pley-off mərhələsinə vəsiqəni təmin edəcək. Heç-heçə "Vilyarreal"ın xeyrinə olacaq. Eyni sözləri bu qrupdakı digər oyun - “Rapid” - "Qlazqo Reyncers" matçı haqda da demək olar. 7 xal toplayan "Rapid"i heç-heçə də qane edir. Qlazqolulara isə yalnız qələbə lazımdır. Hər iki qarşılaşmaya "Topaz"da canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Vilyarreal"ın qələbəsi 1.45, heç-heçə 3.80, "Spartak"ın qələbəsi 5.20. "Rapid"in qələbəsi 2.20, heç-heçə 3.15, "Qlazqo Reyncers"in qələbəsi 2.65.

Bunlardan başqa, axşamkı oyunlar arasında daha bir neçə prinsipial matç var ki, onların hamısına "Topaz"da canlı və "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.


 
tarix: 13-12-2018 12:33


 
Xəbər lenti
27.06.2019

13:58   “Qarabağ”ın albanlarla cavab matçının da vaxtı məlum oldu

13:23   “Tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik”

13:07   “Barselona”dan 35 milyonluq transfer - RƏSMİ

12:45   Emil Balayev üçün yeni rəqib

12:23   “Qarabağ”ın legioneri üçün Kanada

12:02   Misir və Nigeriya 1/8 finalda!

11:43   “Atletiko”dan rekord transfer - RƏSMİ

11:26   “Qarabağ”dan bir məşq

11:04   Dadaşov erkən qayıtdı

10:30   Millidən qovuldu – intim foto tələbinə görə

10:14   Premyer Liqa klubundan 20 milyonluq transfer

10:00   “Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi

09:45   Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

09:30   Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

09:00   “Qarabağ”ın rəqibi yenə uduzdu

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az