(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Neftçi”nin yeni evi müasir standartlara tam cavab verəcək

“Neftçi”nin yeni evi müasir standartlara tam cavab verəcək

2018 “Neftçi”nin bazasız olduğu sonuncu ildi. 82 yaşlı paytaxt klubu nəhayət, tarixinə yaraşan əla bir mərkəzə sahib olacaq.

Çox yubanıb, hətta dünənin klubları da bu baxımdan önəmli işlər görüb, “Neftçi” isə icarələrdə, şəraitsiz məkanlarda ömrünü yaşayıb. Düzdü, SSRİ vaxtı klubun bazası olub. Lakin indiki Olimpiya Ehtiyatları Mərkəzindən ayrıldıqdan sonra klub didərgin kimi yaşayıb. Hətta indi məskunlaşdığı məkan da eyniadlı Sağlamlıq İdman Mərkəzinə məxsusdu. Və yəqin ki, mayda icarə həyatı bitəcək, klub müasir bazasına köçəcək.

Tarix yazan, avrokuboklarda ilkdəfə qrupa düşən bakılılar elə ovaxtlar təməli qoyulan bazasında təmir-tikinti işlərini yekunlaşdırmaq üçün qollarını çırmayıb. İsmət Qayıbov adına stadionun yerində salınan baza bütün standartlar cavab verən əla idman qurğusu olacaq.

Dünən İsmət Qayıbov adına Təlim Məşq Mərkəzinə baş çəkdik, işlərin gedişi ilə tanış olduq. “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov bizə görülən işlərdən, planlardan danışdı.

Ölkədə 1 nömrəli baza olacaq qurğuda işlər hələ 2012-ci ildən başlayıb. Sadıq Sadıqovun prezident olduğu dönəmdə startı verilən inşaat işləri sonradan dayandırılmışdı. İndi isə komleks işlər start götürüb və yaya kimi yekunlaşmalıdı. “Neftçi” yeni avrokubok mövsümünə burada başlamaq istəyir.

Baza təkcə meydanlardan və ya ofisdən ibarət deyil. İnşaat işləri başladıqdan sonra plan 4 dəfə dəyişib, ən mükəmməli üzərində dayanılıb. Yenə də müəyyən kosmetik dəyişikliklər mümkündü, lakin hədəf, əsas istiqamət dəyişməzdi.

Yadınızdadısa, 3 təbii örtüklü meydança 2016-cı il mayın 1-də təhvil verildi, açılış oldu. U-17-lərin Avropa çempionatına kimi yekunlaşan işlərdə AFFA-nın da dəstəyi oldu. Elə bu səbəbdəndi ki, hazırda da, gələcəkdə də bu meydanlardan milli komandaların təmənnasız istifadəsi razılaşdırılıb.

Dünya standartlarına tam cavab verən meydanların hansısa çatışmazlığı yoxdu və xidmət göstərir. Bunların ikisi 105X68 metr ölçüdədi, üçüncüsü bir az balacadı, lakin onun da əsas komandanın məşq keçməsi üçün qüsuru yoxdu.

Eyvazovun dediyinə görə, bu meydanlar klubun bütün komandaları üçün yetərli deyil: “Bu səbəbdən süni örtüklü meydan salınmasına ehtiyac yarandı. Bütün uşaq komandalarının məşqlərini bura salacağıq. Əvvəllər qapalı meydançamız var idi, yol qırağında idi. Onu söküb yerini dəyişdik, əvvəllər kiçik tikililərin olduğu yerə gətirdik. Bir az hasarımızı da kənara çəkdik, ərazini böyütdük və süni örtüklü meydança üçün yer qazandıq”.

Yeni, süni örtüklü meydança tam standartlara cavab verəcək: “Meydanın uzunluğu 101 metr olacaq, burada 14 yaşlılarımız və daha yüksək yaş qrupları məşq keçə, oynaya biləcək. Elə əvəzedicilərimiz də rəsmi çempionat oyunlarını burada keçirəcək. Tribunalar da quraşdırılacaq – 700-800, ola bilər, 1000 nəfərlik tamaşaçı tutumu olacaq. Tribunanın altındakı yarızirzəmilər də müxtəlif məqsədlər üçün nəzərdə tutulub. Orada 4 paltardəyişmə, hakimlər, həkim otağı – hamısı da bütün şəraiti ilə - olacaq. Anbar da burada yerləşəcək. Onun üstündə, yəni tribunanın altında isə fitnes zalının inşası nəzərdə tutulub. Hesablamışıq, U-14-dən əvəzedicilərə kimi bütün komandalarımız burada məşq edə, oynaya biləcək. Tribuna birtərəfli olacaq, ərazi geniş olmadığından bununla kifayətlənmişik”.

Bazada işıqlandırma sistemi, projektorlar quraşdırılacaq. Bu, qaranlıq düşdükdən sonra hazırlığın davam etməsi üçündü: “Yerini dəyişdiyimiz qapalı meydançamız digər komandaların xidmətində olacaq, hətta ehtiyac olanda əsas komanda da burada məşq edəcək. Burada elə texnologiya düşünülüb ki, yay vaxtı ətrafının açılıb-bağlanması mümkün olsun, qışda havalandırma sistemi olacaq. Meydanın ətrafı bağlı olarkən də hər hansı problem olmayacaq, mükəmməl havalandırma sistemi quraşdırılır.

Qapalı meydança əsasən 13 yaşa kimi olan daha kiçik komandalarımız üçün nəzərdə tutulub. Onlar, ehtiyac olduqda digər komandalarımız da burada məşq edəcək”.

Qapalı meydançanın yanında yeni tikili inşa edilir. “Neftçi” Futbol Akademiyasının Təlim Mərkəzi adlanacaq bu məkanın 1-ci mərtəbəsində akademiyanın işçiləri oturacaq, uşaqlar üçün paltardəyişmə otaqları olacaq. Məşqçilər üşün otaqlar, həkim otağı və s. də nəzərdə tutulub. 2-ci mərtəbədə akademiya rəhbərinin otağı, konfrans zalı nəzərdə tutulub: “Bina iki hissədən ibarətdi və dugər hissənin girişi də ayrıdı. Digər hissə yataqxana tipli olacaq. “Neftçi”nin bölgələrdən seçib gətirəcəyi, komandaya cəlb edəcəyi uşaqlar məhz burada yerləşiriləcək. Yeməkxanadan iş otaqlarına kimi hər şey olacaq. 2 mərtəbədə 30-35 uşağın yerləşməsi mümkünləşəcək. Onlar üçün hər şərait yaradılacaq, daim burada yaşayacaqlar. 3-cü mərtəbə uşaqların istirahətini təmin etmək üçün nəzərdə tutulub. Burada oyun zalları, kiçik kinoteatr da olacaq”.

Əsas tikili olan baza 6 mərtəbəli, modern bina olacaq. Eyni zamanda zirzəmini daha bir mərtəbə saya bilərik. Anbar, sauna, hovuz, kontras vannaları, türk hamamı və s. hamısı burada yerləşəcək. Eyni zamanda server otağı və işçilər üçün bütün şəraiti olan məkanlar nəzərdə tutulur. Xidməti avtomobillər birbaşa zirzəmiyə daxil ola biləcək.

Eyvazovun dediyinə görə, ofis binası elə planlaşdırılıb ki, bir hissə tamamilə A komandaya aiddi: “Futbolçuları, məşqçiləri hətta digər işçilər də görməyəcək. Tamamilə ayrı saxlanılacaq, bütün kənar təsirlərdən uzaq olacaqlar. Korpusun giriş qapısı da birbaşa təbii örtüklü meydançalara açılır.

1-ci mərtəbənin sağ hissəsi – 400-500 kv metrlik ərazi fitnes üçün nəzərdə tutulub. Ancaq əsas komandaya məxsus olacaq bu hissədən zirzəmiyə - sauna olan hissəyə xüsusi lift, pilləkən quraşdırılacaq. Digər hissədə inzibati işçilər üçün otaqlar, böyük yeməkxana nəzərdə tutulub”.

Akademiya kimi əsas komanda üçün də ayrıca reabilitasiya mərkəzləri olacaq və hər ikisi buradadı: “İkinci mərtəbədə, fitnes zalının üstündə məşqçi otaqları, reabilitasiya mərkəzi, həkimlər üçün otaqlar və s. olacaq. Eyni zamanda böyük bir zal, mətbuat konfransı üçün yer də buradadı. Bir sıra görüşlər burada reallaşacaq. Digər hissə mətbuat xidməti üçündü. Montaj otağından “Neftçi” TV-yə kimi hamısı böyük bir məkanda olacaq. Səsyazma studiyası, görüş məkanları, arxiv otağı və s.”

3-4-cü mərtəbələr tamamilə futbolçular üçün nəzərdə tutulub. Bütün otaqlar onların qalması, istirahət etməsi üçündü. Elnur bəy bir mərtəbənin də kifayət etdiyini düşünür: “Amma biz bunu gələcək üçün nəzərdə tutmuşuq. Əvəzediciləri, U-19-u toplanışa yığanda yerləşmə ilə bağlı problemimiz olmaması üçün belə edirik. Kommersiya məqsədlərini də düşünürük. Məsələn, Avro-2020-də final mərhələsi üçün ölkəmizə gələcək hansısa komandanı burada tam yerləşdirmək olar. 2019-in Avroliqa finalı üçün də istəyərdik. Bir az gecikmələr oldu, lakin ola bilər ki, ovaxta da çatdıraq, hansısa komandanı burada qəbul edək”.

5-ci mərtəbə rəhbər heyət üçün üçün nəzərdə tutulub, idarəetmə aparatı yerləşəcək. Eyni zamanda qalmaq, yaşamaq üçün müxtəlif otaqlar da olacaq: “Binanın quruluşu elədi ki, mərtəbələr çoxaldıqca sahə azalır. Bu səbəbdən 6-cı mərtəbə nisbətən balaca olacaq. Burada müxtəlif otaqlar nəzərdə tutulub və sabah icarəyə veriləndə qonaq komandaların rəhbər şəxsləri burada qala biləcək. Zamana uyğun olaraq, müxtəlif məqsədlər üçün istifadə ediləcək. 3,4 və 6-cı mərtəbələr əsasən yataq otaqları olacaq”.

Plana görə, mayda işlər yekunlaşmalıdı. Lakin Elnur bəy dəqiq vaxtı söz vermir: “Hansısa dəyişiklik olmasa, maliyyəmiz yubanmasa, işləri zamanında qurtaracağıq. Sərf olunacaq maliyyə barədə danışmayaq. Amma o dəqiqdi ki, klubun büdcəsindən ayrıdı. Sponsorumuz SOCAR tərəfindən ayrılmış əlavə vəsaitdi”.

CAVAD


 
tarix: 13-12-2018 14:35


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az