(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ” üçün 14-cü start və yubiley matçı

“Qəbələ” üçün 14-cü start və yubiley matçı

Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, yarışa bu raunddan başlayan “Qəbələ” kubokda 2018/19 mövsümünə start verəcək. “Qırmızı-qaralar” “Sabah”la ilk oyununu dekabrın 16-da evdə, cavab görüşünü 4 gün sonra səfərdə keçirəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma ilə bu komanda ölkə kubokunda özünün 14-cü mövsümünə start verəcək. Əvvəlki 13 cəhddə “Qəbələ” 59 oyun keçirib. Yubiley – 60-cı matçına çıxacaq “qırmızı-qaralar” indiyədək 30 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 12 dəfə uduzub. Turnirdə 101 qol vuran komanda 51 top buraxıb.

“Qəbələ” indiyədək “Sabah”la yalnız Topaz Premyer Liqasında görüşüb. Paytaxt təmsilçisi “qırmızı-qaralar”ın kubokdakı 18-ci rəqibi olacaq. Komanda əvvəlki 13 mövsümdə 17 rəqiblə üz-üzə gəlib.

Yarışda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” indiyədək 3 dəfə finalda (2013/2014, 2016/17, 2017/18), 3 dəfə də yarımfinalda (2007/2008, 2008/2009, 2015/16) uduzub. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran “Qəbələ” yalnız 3 dəfə (2005/2006, 2006/2007 və 2009/2010) 1/8 final səddini adlaya bilməyib. 

Əvvəlki 59 qarşılaşmada “Qəbələ”nin heyətində 183 futbolçu meydana çıxıb. Onlar arasında rekordçu Ürfan Abbasovdu – 23 oyun. Samir Zərgərov 18, Voyislav Stankoviç 16 kubok matçına çıxıb.

Kubokda vurulan 101 qola 53 futbolçu imza atıb. Daha bir top rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimov 7, Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib.


 
tarix: 13-12-2018 23:17


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az