(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

“Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinin son turu çərçivəsində səfərdə İngiltərənin “Arsenal” klubu ilə qarşılaşdı və 0:1 hesabı ilə məğlub oldu.

Futbolinfo.az xəbər verir ki, matçın son dəqiqələrində insident baş verib. 

Belə ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir. Bu üzdən də həmin görüntülər göstərilməyib. Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov başda olmaqla bəzi azərbaycanlı futbolçular dərhal həmin azarkeş tərəfə qaçaraq məsələyə müdaxilə etməyə çalışıb. Lakin “Emireyts” stadionunun stüardları onların qarşısını alaraq vəziyyətin daha da gərginləşməsinə imkan verməyib və təxribatçı azarkeşi dərhal meydandan çıxarıblar.


 
tarix: 14-12-2018 02:55


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az