(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

“Keşlə”nin müdafiəçisi Edvinas Girdvainisin futbolinfo.az saytına müsahibəsi:

- 2 gün sonra Azərbaycan Kubokunda “Qarabağ”la üz-üzə gələcəksiniz...
- Bizim üçün çox çətin və vacib qarşılaşma olacaq. Ciddi şəkildə hazırlaşırıq. Biz növbəti mərhələyə çıxmaq haqqında düşünürük. Rəqibimiz nə qədər güclü olsa da, qalibiyyət lazımdı. 

- “Keşlə” kubokun son qalibidi. Bu, sizə motivasiya verir?
- Bunu bilirəm, amma keçmişdə qaldı. Biz bu il komandanın gücünü ortaya qoymalıyıq. Göstərməliyik ki, iddiamız var. Fikrimcə, “Keşlə” istənilən komandanı udacaq gücdədi. Bunu “Qarabağ”la matçda sübut etmək istəyirik. Mən inanıram və qələbə qazanacağımızı düşünürəm. 

- “Qarabağ”a son oyunda 1:5  hesabı ilə uduzmusuz. Belə məğlubiyyət sizə psixoloji təsir edə bilər...
- Mən sizinlə razı deyiləm və düşünürəm ki, o məğlubiyyət bizə heç bir psixoloji təsir etməyəcək. Əksinə bizə motivasiya verəcək ki, həmin nəticənin təsadüfi olduğunu göstərək. 

- Revanş haqqında düşünürsüz?
- Əlbəttə. “Qarabağ”dan 5:1-in revanşını almalıyıq.

- Səncə, yeni baş məşqçi, kompakt olmayan komanda ilə bu mümkündü?
- Biz güclü komandayıq və bir-birimizi anlayırıq. “Qarabağ”ın gücü yox, öz oyunumuz bizi maraqlandırır. 

- Baş məşqçi Tərlan Əhmədov bir çox futbolçulardan narazıdı və yolların ayrılacağına dəfələrlə işarə vurub. Özün üçün təhlükə hiss etmirsən?
- Bu barədə heç nə bilmirəm. Hazırda mən işimə köklənmişəm.

FƏRİD


 
tarix: 14-12-2018 12:07


 
Xəbər lenti
18.02.2019
17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az