(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Avroliqanın finalı ilə bağlı daha bir görüş

Avroliqanın finalı ilə bağlı daha bir görüş

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib.

Futbolinfo.az xəbər verir ki, 50-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel tarixindən etibarən – 18 may tarixinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

Qeydiyyatla bağlı suallarınızı volunteer@affa.az email ünvanına göndərə bilərsiniz. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.


 
tarix: 14-12-2018 19:48


 
Xəbər lenti
21.04.2019

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az