(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Turin derbisi, "Liverpul"un lider kimi ilk sınağı və daha nələr həftəsonu "Topaz"da

Turin derbisi, "Liverpul"un lider kimi ilk sınağı və daha nələr həftəsonu "Topaz"da

"Topaz" varsa, demək həftəsonunu səbirsizliklə gözləməyə dəyər. Məhz "Topaz"ın sayəsində futbolun adrenalini ilə mərcin həyəcanı bir-birinə qarışır və ortaya hisslərin bu sintezindən yaranan çoşqulu bir aura çıxır. Bu həftəsonu da bir-birindən maraqlı oyunlarla həm futbol, həm də proqnoz həvəskarlarına zövq verəcək. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" şənbə-bazar günləri üçün müştərilərinə 500-dən artıq oyun təklif edir. Bunlardan 100-dən artıq canlı, 50-yə yaxın isə "təkli" oyun mərc həvəskarlarının ixtiyarındadır. Həftəsonu matçları arasında xüsusi çəkiyə malik bir neşə qarşılaşma var ki, onlardan bəzilərini diqqətinizə çatdırırıq.

15 dekabr. "Başakşəhər" - "Qalatasaray" (saat 20:00, kod 107)

Türkiyə Super Liqasının vahid lideri mövsümü qeyri-sabit keçirən "Qalatasaray"ı qəbul edəcək. 15 oyuna 33 xal toplayan "Başakşəhər" ən yaxın izləyicilərini 7 xal qabaqlayır. Bu mənada Abdulla Avçının komandası Türkiyənin ən möhtəşəm klublarından birinə qarşı görüşə nisbətən rahat çıxacaq. Super Liqada ardıcıl 3 turdur qələbə qazana bilməyən, Avropada Çempionlar Liqası ilə vidalaşan "Qalatasaray" isə uğursuz gedişata son qoymaq üçün qələbə qazanmağa borcludur. Hərçənd statistika heç də "cim-bom"un xeyrinə deyil. "Qalatasaray" sonuncu dəfə "Başakşəhər"i səfərdə 3 il əvvəl məğlub edib. Lider bu matça tam heyətlə hazırdır. "Qalatasaray"da isə Belhanda, Donk, Sinan Gümüş zədəlidir. "Topaz"ın həm canlı, həm də "təkli" oyun statusu verdiyi bu prinsipial qarşılaşmanın əmsallaır belədir: "Başakşəhər"in qələbəsi 1.95, heç-heçə 3.25, "Qalatasaray"ın qələbəsi 3.65.

15 dekabr. "Torino" - "Yuventus" (saat 23:30, kod 108)

154-cü Turin derbisi A seriyasının 16-cı turuna təsadüf edib. 3 gün əvvəl Çempionlar Liqasında formal xarakterli oyunda "Yanq Boyz"a uduzan (1:2) "Yuve" daxili çempionatda hələ ki, məğlubiyyətsiz yeganə komandadır. "Qoca sinyora" ən yaxın izləyicisi "Napoli"ni 8 xal qabaqlayır. Şənbə derbisində Kxedira, Barzaqli və Mehdi Benatia zədə səbəbindən olmasa da, "Yuventus" duelin aşkar favoriti sayılır. Son 3 ildəki derbilərin heç birində qələbə qazana bilməyən "Torino" isə "tilsim”i qırmaq üçün bütün gücünü ortaya qoyacaq. "Topaz"ın derbi üçün müəyyənləşdirdiyi əmsallar: "Torino"nun qələbəsi 5.50, heç-heçə 3.35, "Yuventus"un qələbəsi 1.50.

16 dekabr. "Liverpul" - "Mançester Yunayted" (saat 20:00, kod 111)

Liderlik taxtına yenicə oturan "Liverpul" dərhal da ciddi sınaqdan keçməlidir. "Enfild Roud"a uzun illərin barışmaz, əzəli və əbədi rəqibi "Mançester Yunayted" gəlir. Bu qonşu şəhərlərin komandaları arasında tam 202 oyunluq tarix var. Bu duellərdən 81-də "Liverpul", 66-da isə "Yunayted" qalib gəlib. Bu mövsüm Premyer Liqada 16 tura 42 xal toplayan, yeganə məğlubiyyətsiz komanda olan "Liverpul" əzəzmətli təsir bağışlayır. Joze Mourinyonun "qırmızı şeytanları" isə hələ də ser Aleksin dövründəki komandanın kölgəsini xatırladır. 6-sı sırada qərarlaşan mançesterlilər ilk "beşlik"dən 8 xal geridir. Qələbə bu fərqi azaltmağa imkan verəcək. "Liverpul" 2013-cü ildən dən bu yana Premyer Liqa matçlarında "Yunayted"ə qalib gələ bilməsə də, budəfəki qarşılaşmanın aşkar favoriti sayılır. "Topaz" təklif etdiyi əmsallarda da bunu görmək olar: "Liverpul"un qələbəsi 1.45, heç-heçə 3.60, "Mançester Yunayted"in qələbəsi 5.30.

Bu görüşlərdən başqa, həftəsonu "Borrusiya” D - "Verder", "Beşiktaş" - "Trabzonspor", "Lion" - "Monako" kimi maraqlı qarşılaşmalara da "Topaz"da canlı və "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz. 


 
tarix: 15-12-2018 12:00


 
Xəbər lenti
25.06.2019

09:30   “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00   “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

24.06.2019

23:43  “Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

23:33  “Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

21:31  Azərbaycan Premyer Liqasında son mövsümün ən yaxşı 10 qolu – VİDEO

20:45  “Milan”da ayrılıq

19:03  “Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

18:43  “Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı

18:09  Sənan Qurbanov: “Verdiyimiz pulu bəyənmirlər”

17:17  Türkiyə klubu seneqallı forvardla gücləndi

16:48  Baş məşqçi “sarı” aldı, tarixə düşdü

16:17  Benites Premyer Liqa klubundan getdi

15:54  “Speranta” - “Neftçi” matçının başlama saatı açıqlandı

15:12  “İnanırıq ki, növbəti mərhələyə yüksələn biz olacağıq”

14:50  Səmədov Azərbaycandan təklif alıb: “İndi bu variant haqda düşünürəm”

14:26  Super Liqa klubunda yeni hücumçu

14:00  “Real”la “Çelsi”nin əfsanələrindən 9 qolluq oyun

13:36  Şeydayevin komandası Avstriyaya yollandı

13:00  A Seriyası təmsilçisindən Kipr klubuna

12:41  Rodalleqa Super Liqa klubunda

12:15  Seneqalla Əlcəzair 3 xalı 2 qolla qazandı

12:00  Emil Balayev: “Narahat olmaq üçün hər hansı bir səbəb yoxdu”

11:45  “Zirə” çempion oldu – 1500 manatlıq mükafat

11:30  “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm, amma onlara qalib gələ bilərik“

11:15  “Səbail”dən Albaniya klubuna - FOTO

11:00  İlkin Qırtımov “Keşlə”də!

10:45  “Qarabağ”ın rəqibinə 5 qol vurdular

10:30  “Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

10:15  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

10:00  La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

09:45  Bilal Həmdi “Səbail”ə keçidindən danışdı

09:30  Kolumbiya və Argentina da 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az