(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Forza”nın boykot səbəbi

“Forza”nın boykot səbəbi

“Neftçi” “Sumqayıt”la oyunda çox çarəsiz görünürdü. Futbolçuların zəif oyununa azarkeş yoxluğu da ciddi təsir etmişdi.
 
Bəlkə də başqa komandalar üçün boş tribunalar önündə oynamaq ciddi problem deyil, lakin “Neftçi” üçün fərqlidi. “Forza Neftçi” həqiqətən bakılıların 12-ci oyunçusudu və komanda lider mövqeyinə həm də onların dəstəyi sayəsində yüksəlib.
 
Dünən ölkə kuboku uğrunda ilk ¼ final matçında “Forza” yox idi. Onları sayı 100-dən çox olan polis nəfərləri əvəz etmişdi. Hər sektorda, hər pilləkəndə topa halında hüquq-mühafizə işçiləri gözə dəyirdi. Əcəba, niyə? Səbəb nədi? Nə baş verib?
 
Hər şey Premyer Liqanın “Sabah”la matçından başladı. “Əlincə Arena”dakı tribuna olaylarından sonra verilən bəyanatlar indiki durumun birbaşa səbəbidi. Sonrakı turda “Neftçi” fanatları öz sektorlarında yerini aldı. Lakin polislərin “mühasirə”si altında izlənilən oyunda onların fəallığı əvvəlki kimi deyildi. Dünən isə ümumiyyətlə, matçı boykot etdilər.
 
Nə klub, nə də azarkeş qrupu hansısa bəyanatla çıxış etməyib. Bu səbəbdən hadisələrə dəqiq mövqe bildirmək olmur. Eşitdiyimiz yalnız şaiyələrdi, bu üzdən ehtimallar yaza bilərik.
 
Sosial şəbəkələrdə yazılanlara inansaq, “Forza” son matçı qrupun rəhbəri Sübhan Əliyevə görə boykot edib. O, son günlər “Sabah”la matçdakı bəzi şüarlara görə sorğu-suala çağırılıb, müəyyən təzyiqlər görüb. “Əlincə”dəki matçda nələr baş veribsə, hüquq-mühafizə orqanları biganə qalmayıb. Həm “Neftçi”nin oyunlarında polis sayı artırılıb, həm də bu qrupa hər yerdə nəzarət artırılıb.
 
“Forza”nı əsəbləşdirən klubun onları tam müdafiə edə bilməməsidi. Məlum bəyanatla “Neftçi” də çıxılmaz vəziyyətdə olduğunu göstərmiş, sanki üzrxahlıq açıqlaması yaymışdı. Hətta həmin bəyanatda bəzi azarkeşlərin hərəkətlərindən narahatlıq ifadə edilmişdi. Bu cümlələr xoş qarşılanmamışdı, klub sanki azarkeşlərini “Sabah”ın ayağına vermişdi.
 
Klubu da başa düşmək olar. “Əlincə”də azarkeş sayından 2 dəfə çox oturacağın sındırılması xoş mənzərə deyildi, bu səbəbdən məlum bəyanata – amma o qədər təslimçi ruhda yox – ehtiyac var idi. Hüquq-mühafizə orqanlarını isə bu açıqlama qane etmədi, onlar gələcəkdə baş verə biləcək olayların qarşısını almaq məqsədi ilə araşdırmaya davam etdi. Son mənzərə də bəllidi.
 
Fanatların şüarlarında xoşagəlməyən ifadələrlə bağlı dəqiq məlumatımız yoxdu. Hadisələr bu həddə gəlibsə, deməli, nəsə ciddi bir şey baş verib. Elə bu səbəbdəndi ki, dünən oyunqabağı polislər “Neftçi”yə söyüş söyən istənilən azarkeşin həmən həbs ediləcəyini bildiriblər.
 
Ortada təxribat cəhdi varsa, araşdırılmalıdı, ehtiyat tədbirləri, bu xəbərdarlıq anlaşılandı. Nə klubu, nə də fanatları hansısa məqsədlərə alət etmək olmaz, dövlətçilik maraqlarına ziyan vuran bütün əməllərin qarşısı alınmalıdı. Lakin futbol da azarkeşlə gözəldi, “Forza”nın kiməsə alət olması inandırıcı deyil. Müəyyən tədbirlər görülməlidi, bununla belə, azarkeşləri tribunalardan qaçaq salmaq olmaz. Onsuz da elə bu cür münasibət üzündən fanatlar oyunlara gəlmir, azarkeşlərin belə aqressiyası həm də polislərin rəftarına etirazdı.
 
Klubun, “Forza”nın rəsmi açıqlaması olmayınca dəqiq heç nəyə qərar vermək olmayacaq. Bəlkə də azarkeşləri qorumaq məqsədi ilə klub özü onların oyuna gəlməməsini məsləhət bilib, bəlkə də fanatlar həm də klubdan incidiyi üçün boykot qərarı verib. “Sumqayıt”la dünənki matç bitən kimi fanatlarla görüşə tələsən “Neftçi” rəhbərliyi, eləcə də azarkeş qrupu məsələyə aydınlıq gətirməlidi. Onlar danışmayınca nə yazsaq, ən doğru məlumat olmayacaq.
 
Klub bəyanatda bəlkə məcburiyyətdən fanatların qəlbinə dəysə də, onların qayğısına qalmağa çalışır. Dünənki operativ görüş öz yerində, hər matçdan öncə tribunalara azarkeş cəlb etmək üçün bir sıra aksiyalar keçirilir. “Neftçi” azarkeş istəməsə, heç bu tədbirlərə də gərək duymaz. Ortada qəribə, müəmmalı, anlaşılmaz durum var və bütün bunlar klubu da pis vəziyyətdə qoyub. Olaylar futbol sərhədlərinin kənarındadı, diqqətli olmaq, imkan daxilində barışdırıcı mövqe tutub sülhə nail olmaq gərəkdi. Bu azarkeş də bizimdi, klub da, polis də, dövlət də...
 
Amma futbol da azarkeşlə, elə həmin “Forza” ilə daha gözəldi!
 
AĞA

 
tarix: 16-12-2018 09:44


 
Xəbər lenti
26.06.2019

19:45   “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33   İtaliya millisində baş məşqçi ayrılığı

18:00   “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30   “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00   “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40   Paytaxt klubunda yeni təyinat

16:21   “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00   “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40   “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20   “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00   “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40   Aftandil Hacıyevdən darmadağına şərh

14:20   “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

08:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az